"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Keşlə”yə 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Kubok oyunudur, iki matçdan ibarətdir. Bəlkə də, bizim bu gün uduzmağımız daha yaxşı oldu. Hara baxırdın, "Sumqayıt”dan danışırdılar. Futbolçular göyə qalxmışdılar. Yaxşı ki, bu gün rəqib bizi göydən yerə saldı. Yaxşı ki, böyük hesabla uduzmadıq. Komanda bərbad oyun sərgilədi. Bəlkə də, bu cür oyunumuzun səbəbi əsas futbolçularımızdan bəzilərinin olmaması idi. Ancaq bu, bəhanə olmamalıdır. Avroliqaya haqq edən komanda getməlidir.
- Sanki "Neftçi” ilə matçda sonra komandada yorğunluq var idi...
- "Neftçi” ilə oyundan sonra istirahət üçün yetərincə vaxt olub. Futbolçulara istirahət vermişik. Hansısa futbolçu özünü ulduz hesab edirsə... Bir də deyirəm, yaxşı ki, bu oyunda başımız daşa dəydi. İndi ikinci oyuna yaxşı hazırlaşacağıq.
- Hakim sizi texniki zonadan kənarlaşdırdıqdan sonra tribunada görünmədiniz. Oyunu harda izləyirdiniz?
- Matçı tribunadan izlədim. Rəqib oyunçuya sarı vərəqə verilməsini tələb edirdim. Rəqib komandanın 6-7 futbolçusu sarı vərəqə limitindədir. Bu oyunda sarı vərəqə alsalar, cavab oyununu buraxmalı olacaqdılar. 4-cü hakimdən tələb etdim ki, sarı vərəqə verilsin. Ancaq o, məni qovdu. Sanki, hakimlərə tapşırıq verilib ki, bizi cəzalandırsın. Oyunun əvvəlindən Seymur Rəhimovu və məni cəzalandırmağa çalışırdılar. Dediyim kimi, qovulmağım hakimlərin səhvi idi. Mən heç kimi təhqir etmədim. Sadəcə, qışqıraraq, etirazımı bildirdim.
- Tapşırığı kim verib?
- Bilmirəm, verən verib. Yəqin yuxarıdan olar. Deyirlər, səsinizi çıxarmayın, səbrli olun. Lakin mən məşqçiyəm, oyun vaxtı qışqırmalı, etirazımı bildirməliyəm.
- Əlinizdə şans olsa, Fərhad Vəliyevə nə qədər şans verərdiniz?
- Mövsümün sonuna kimi.
- Bəzi oyunçularının başqa yerdə olduğunu dediniz. Yəni başqa klubda?
- Saytları açırsan, gündə bir oyunçumuzu bir kluba calayırlar. İstər-istəməz fikir yayına bilər. Oyunçularla danışacam. İnşallah, bu söhbət xeyrimizə olar...
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı