Kamran Ağayev "Sumqayıt"a qarşı oynayacaq?

Kamran Ağayev "Sumqayıt"a qarşı oynayacaq?
ÖLKƏ FUTBOLU 11 Aprel 2018 / 19:42 3041
-  A +

Topaz Premyer Liqanın 21-ci turunun “Qarabağ”la oyununda (0:1) zədələnən “Keşlə”nin kapitanı Kamran Ağayev ölkə kubokunun yarımfinal mərhələsində “Sumqayıt”a qarşı forma geyinə biləcək.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, zədəsini sağaldan təcrübəli qolkiper artıq komanda ilə məşqlərdə iştirak edir. Baş məşqçi Yuri Maksimov şans verəcəyi təqdirdə sabahkı görüşdə çərçivəni Ağayev qoruyacaq. Murad Qayalı və Cabir Əmirli isə zədə səbəbindən “Sumqayıt”la oyunda iştirak etməyəcəklər.

Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” matçı sabah saat 16:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
topaz banner