"Hazırda Latviya millisində işləməyi düşünmürəm. İlk növbədə bunun üçün təklif almalıyam. Həmin vaxt konkret fikrim olar. Belə bir təklif isə yoxdur. Buna görə də bu barədə fikirləşmirəm".
Qol.az-ın sportacentrs.com-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisini çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.
Ukraynalı mütəxəssis bildirib ki, Marian Paxar ötən il yığmanın baş məşqçisi vəzifəsindən gedən zaman Latviya Futbol Federasiyasının nümayəndələri ona müraciət ediblər: "Müəyyən danışıqlarımız oldu. Amma bu danışıqları konkret adlandırmazdım”.
Qriqorçuk Latviya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olan Kaspar Qorkşla xoş sözlər deyib: "Kasparla bağlı nəinki xoş xatirələrim var, həmçinin, bu cür güclü, mədəni, inkişaf edən və dərrakəli futbolçu ilə işlədiyim üçün ona minnətdaram. Onun namizədliyinin lehinəyəm. Çünki bu adamın böyük işlər görə biləcəyini bilirəm. Kaspar prezident seçilsə, ondan zəng gözləyəcəyəmmi? O, istənilən vaxt mənə zəng edə bilər. Onunla danışmağa şad olaram. Ehtiyac olsa, hər zaman ona kömək edərəm”.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı