Gəncə şəhər stadionunda “Kəpəz” PFK-nın aşağı qrupları üzrə komandalarında və şəhərin idman məktəblərində çalışan məşqçilərlə görüş keçirilib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klubun İdarə Heyətinin sədr müavini İslam Abbasov və əsas komandanın baş məşqçisi Yunis Hüseynovla görüşə 20-yə yaxın mütəxəssis qatılıb. Tədbirin keçirilməsində məqsəd Gəncənin uşaq futbolundakı mövcud vəziyyəti müzakirə etmək olub. Çatışmazlıqlardan danışılıb, vəziyyətdən çıxış yolu istiqamətində görülə biləcək işlərdən bəhs edilib.
İslam Abbasov çıxışında “Kəpəz” klubuna yerli istedadlı, bacarıqlı uşaqları qazandırmağın vacibliyindən danışıb. Uşaq futbolundakı problemlərdən xəbərdar olduğunu söyləyən Abbasov çatışmazlıqların yavaş-yavaş aradan qaldırılacağını bildirib. O, bu sahənin inkişafı üçün birgə fəaliyyətin səmərəliliyindən bəhs edərək məşqçilərin təkliflərini eşitməyə hazır olduqlarını deyib.
Futbol oynamağa Gəncədə başladığını xatırladan Yunis Hüseynov isə yerli potensialı yaxşı bildiyini, “Kəpəz”in gəncəli futbolçularla ad çıxarıb, uğurlar qazandığını söyləyib: “Yerli uşaqlar həmişə “Kəpəz”də çoxluq təşkil ediblər. Amma bu gün klubun əsas komandasında iki yerli oyunçunun olması bizi narahat etməyə bilməz. Futbolçu yetişdirən uşaq futbolunda çalışan məşqçilərdir. Başa düşürük ki, şərait vacibdir, o da olacaq. Sadəcə, vaxt lazımdır. Sizin yetişdirdiyiniz uşaqların kənarda yox, Gəncədə, “Kəpəz”də oynaması vacibdir”.
Görüşdə çıxış edən qocaman məşqçilərdən Yaşar Əsədov, Şahin Nəcəfi, Əvəz Mustafayev və digərləri mövcud vəziyyətlə bağlı fikirlərini bölüşərək inkişaf üçün ilk növbədə şəraitin vacib olduğunu vurğulayıblar. Çətinliklərdən qorxmadıqlarını, bundan sonra da klub üçün ehtiyat qüvvə hazırlamağa hazır olduqlarını açıqlayıblar. Klubla idman məktəblərində çalışan məşqçilər arasında əlaqələrin vacibliyi vurğulanıb və bunun ümumi işə də müsbət təsir edəcəyi qeyd olunub.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti