“Oyun çox gərgin keçdi. “Zirə” güclü komandadır. Yaxşı futbolçuları var. Buna görə də matça ciddi hazırlaşmışdıq”.
Bu sözləri Qol.az-a açıqlamasında “Keşlə”nin müdafiəçisi Slavik Alxasov deyib. Topaz Premyer Liqasının 18-ci turunda səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə komandasının qələbə qolunu vuran futbolçu oyunla bağlı fikirlərini açıqlayıb:
“İlk dəqiqələrdən oyuna yaxşı başladıq və hesabı açdıq. Amma sonra öz səhvimizdən qol buraxdıq. İkinci hissədə “Zirə” üstünlüyü ələ almışdı. Amma elə oldu ki, qələbə topunu biz vurduq. Ancaq qorxurdum ki, birdən son dəqiqələrdə qol buraxarıq. Səbirsizliklə hakimin final fitini gözləyirdik”.
Dünənki oyunda dili qatlanan Alxasova ilk müdaxiləni “Zirə”nin ehtiyat qapıçısı Kamal Bayramov edib. Həmin anları xatırlayan müdafiəçi hazırda özünü yaxşı hiss etdiyini söyləyib: “Rəqiblə toqquşmadan sonra göydən yerə çırpıldım. Ürəyim bulanmağa başladı, çox qorxdum. İlk olaraq, ailəmi fikirləşdim. Bir anda huşumu itirmişəm. Naşatırın iyisinə oyandım. Bir də gördüm ki, Kamalın bütün barmaqları ağzımdadı (gülür). Sağ olsun, dilimi tutub ki, qatlanmasın. Oyundan sonra da halım yaxşı deyildi. Ürəyim hələ də bulanırdı. Dünən həkim nəzarətində olmuşam. İndi yaxşıyam”.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti