“Qəbələ”nin hücumçusu Rusan Qurbanov Topaz Premyer Liqanın 18-ci turunda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın xəbərinə görə, millimizin üzvü əvvəlcə doğma meydandakı məğlubiyyəti şərh edib.
- Təəssüf ki, məğlub olduq. Heç kimin əhvalı yerində deyil. Çox pis haldır ki, hesabda öndə olduğumuz vaxt iki kobud səhvə yol verdik və buna görə uduzduq.
- Son 2 oyunda komandanız həvəssiz görünür.
- Açığı, bu suala cavab verə bilmərəm. Qərarı verən baş məşqçidi. Mənim işim meydana çıxıb futbol oynamaqdı.
- Zədəniz nə yerdədir?
- Hələ bilmirəm. Sabah məlum olacaq. Həkim dedi ki, çat və ya qırıq ola bilər. İndi də çox pis ağrıyır. Ümid edirəm ki, ciddi bir şey olmaz.
- Bu nəticədən sonra lider "Qarabağ"la aranızda 10 xal fərq yarandı.
- "Qarabağ"a çatmaq çox çətin olacaq. Bizim məqsədimiz oyunlara çıxıb sona qədər mübarizə aparmaq və qələbə qazanmaqdır.
- Bu məğlubiyyətdən sonra "Neftçi" ilə ölkə kuboku matçlarına çıxmaq psixoloji cəhətdən çətin olmayacaq?
- Kubok fərqli turnirdir və orda köklənmə başqa cür olur. Əlbəttə, hazırda psixoloji baxımdan bir qədər üzgünük. Lakin özümüzdə güc tapmalı, toparlanmalı və yolumuza davam etməliyik.
- Sirr deyilsə, baş məşqçi Roman Qriqorçuk paltardəyişmə otağında sizə nə dedi?
- Dedi ki, uşaq səhvlərinə yol verdik.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video