"Komanda bu gün iradə, əzmkarlıq nümayiş etdirdi. Fikrimcə, bu gün layiqli qələbə qazandıq. Əvvəl də demişdim ki, pillə-pillə irəliləyəcəyik. Bura gəlib bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Oyun yüksək tempdə keçməsə də, yaxşı oynadıq. Uşaqların oyunundan razı qaldım, onları təbrik etdim. Üçüncü dövrə başlayanda da demişdim ki, komanda yavaş-yavaş inkişaf edəcək. Bugünkü nəticə də göstərdi ki, düzgün yoldayıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 18-ci turunda səfərdə "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra deyib.
- Rəhbərlik dəyişdikdən sonrakı qısa müddətdə klubda nə dəyişib?
- Bu barədə fikirləşməmişəm. Komandamın oyunlarına köklənmişəm. Bunlara vaxt ayırmıram. Klubun idarə heyəti, sponsorları, rəhbərliyi var. Dəyişikliyi onlar edib. Mən bu işlərə qarışmıram.
- “Qəbələ” həm də, kubokun yarımfinalında rəqibinizdi. Bugünkü matçdakı qələbə sizə finala vəsiqə qazanmaq baxımından nə dərəcədə inam yaratdı?
- Qarşıda hələ oyunlarımız, fasilə var. Bu barədə düşünməmişik.
- Qapıda gah Səlahət Ağayevə, gah da Rəşad Əzizliyə şans verirsiz...
- Bu gün Rəşad daha hazırlıqlıdı. Onun keçən oyunda şans qazanmamasına səbəb, qrip olması idi. Həm Rəşad, həm də Səlahət eyni səviyyəli qapıçılardı. Gələcəkd Səlahət də şans qazanacaq. Bu vaxt həmin şansdan istifadə edə bilər. Kim daha hazırlıqlıdısa, o da oynayacaq.
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video