Qazaxıstan mətbuatında bu yaxınlarda “Aktobe” ilə müqavilə bağlayan Reynaldo haqda yazı dərc olunub.
Qol.az-ın məlumatına görə, “sports.kz” saytının hazırladığı yazıda “Qarabağ”ın sabiq hücumçusunun karyerası ilə bağlı ən önəmli 8 məqam qeyd olunub. Braziliyalı futbolçunun daha çox Ağdam klubundakı çıxışlarına yer verən mətbu orqan onun çox texnikalı oyunçu olduğunu diqqətə çatdırıb. Yarımmüdafiənin istənilən nöqtəsində oynamağı bacaran Reynaldonun ölkəmizdə bombardir olduğu vurğulanıb.
Bundan başqa, onun “Qarabağ”da çıxış edərkən Azərbaycan millisinin formasını geyinməyə yaxın olduğu yazılıb: “Bir neçə il öncə Reynaldo Azərbaycan passportu almağa və bu ölkənin yığmasında çıxış etməyə yaxın idi. Amma sonradan iş alınmayıb”.
Reynaldonun doğma Arapirakada olduqca məşhur olduğunu yazan qazaxıstanlı jurnalistlər hətta futbolçunun şərəfinə adının şəhərin bir çox küçələrində divarlara yazıldığı və özünəməxsus şəkildə boyandığını qeyd ediblər.
Xatırladaq ki, Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”da çıxış edib.
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!