Çindən İnyestaya fantastik təklif – ilinə 35 milyon avro

Çindən İnyestaya fantastik təklif –  ilinə 35 milyon avro
XƏBƏR 16 Fevral 2018 / 14:31 3363
-  A +

“Barselona”nın kapitanı Andres İnyesta Çindən təklif alıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, “Tyançzin Çyuançzyan” klubu 35 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
 
Çinlilər trəcrübəli futbolçuya illik 35 milyon avro təklif ediblər. Klub rəhbərliyi “Barselona” ilə danışıq aparmaq üçün artıq 2 dəfə İspaniyaya gedib.

İnyesta isə qərar verməkdə tələsmir. Təklif kifayət qədər cəlbedici olsa da, kapitan hələ ki, son sözünü söyləməyib. O, çinlilərdən düşünmək üçün mart ayına qədər vaxt istəyib.

“Barselona” rəhbərliyinin də İnyestanı Çin klubuna satmaqda maraqlı olduğu bildirirlir. Amma kataloniyalılar buna görə futbolçuya təzyiq etmək niyyətində deyil.

Son xəbərlər
topaz banner