Son günlər Hollandiya çempionatının lideri “Tvente”nin “Neftçi”nin gənc yarımmüdafiəçisi Araz Abdullayevlə maraqlandığı haqda informasiyalar yayılmağa başlayıb. Məlumatda Enshede təmsilçisinin rəsmilərinin 19 yaşlılardan ibarət komandamızın Türkiyədə keçirilən Avropa çempionatının elit-raunddakı oyunlarını izləmək üçün qardaş ölkəyə səfərə gəldikləri də bildirildi. Lakin Qol.Az-ın əldə etdiyi məlumata görə, Vaqif Cavadovun da şərəfini qoruduğu klubun rəsmiləri Türkiyəyə heç də Abdullayevə görə gəlməyibmiş. Etibarlı mənbədən verilən məlumata görə, “Tvente” rəsmiləri ilk növbədə “Qarabağ”ın üzvü Tural İsgəndərovun oyununu izləmək fikrində imiş. Ağdam və Enshede klublarının birgə layihəsi çərçivəsində həyata keçirilən bu səfərdə “Tvente”ni klubun skautlarından Jan Van Staa, “Qarabağ”ı isə Anar Məmmədli təmsil edirmiş. Jan Turalın millinin heyətindəki oyunlarını izlədikdən sonra bu futbolçunun gələcəkdə “Tvente”də forma geyməsini istinsa etməyib. İsgəndərov haqda “Tvente” rəhbərliyinə məlumat verən Staa bu yöndə çalışmalarını davam etdirəcəyini açıqlayıb.
Səfər çərçivəsində hollandiyalı skaut Arazla da maraqlanıb. Lakin Abdullayev menecerinin yunan olduğunu bildirib. Yəni Arazın "Tvente"yə keçəcəyi haqda məlumatlar heç də həqiqəti əks etdirmir.
PSJ-yə keçə bilər
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi