“Keşlə”dəkindən daha yaxşı oynaya bilirəm” – Mirsahib Abbasov

“Keşlə”dəkindən daha yaxşı oynaya bilirəm” – Mirsahib Abbasov
ÖLKƏ FUTBOLU 2 Yanvar 2018 / 16:30 4303
-  A +

Bu yaxınlarda “Keşlə”ni “Zirə”yə dəyişən Mirsahib Abbasov Qol.az saytının suallarını cavablandırıb. Gənc futbolçu həm “Keşlə”dən ayrılmasının, həm də “Zirə”ni seçməsinin səbəbini açıqlayıb.

- “Keşlə”dən niyə ayrıldınız?

- Mən artıq “Keşlə”nin planlarında yox idim. Ona görə ayrıldım.

- Belə başa düşdüm ki, sən komandada qalmaq istəyirdiniz, onlar istəmədilər...

- Bəli. Belə olduğunu görəndə, artıq mən özüm də qalmaq istəmədim.

- Belə bir fikir də var ki, Mirsahib qeyri-stabil oynadığı üçün “Keşlə”dən göndərildi. Bu fikirlə razısınız?

- “Keşlə” bir neçə oyun dalbadal uduzdu. Komanda olaraq yaxşı oyun göstərə bilmirdik. Mən “Keşlə”dəkindən daha yaxşı oynaya bilirəm.

- “Keşlə”də öz oyununuzu göstərməyə nə mane olurdu?

- Mən hücumameylli futbolçuyam. “Keşlə”də isə daha çox müdafiə futbolu oynayırdıq. Oyunun çox hissəsini arxada keçirirdik.

- Bir neçə təklifiniz var idi. Niyə məhz “Zirə”ni seçdiniz?

- “Zirə” yaxşı, ilk 3-lükdə olan komandadır. Sürətli, hücum futbolu sərgiləyirlər. Düşünürəm ki, bu komandada özümü daha yaxşı tərəfdən göstərə biləcəm.

- “Zirə”də əsl Mirsahibi görə biləcəyik?

- İnşallah. Əsas məqsədim də budur ki, özümü sübut edim. Əlimdən gələni edəcəm ki, istəyimə nail olum.

- Gənc futbolçusunuz. Milli komandaya çağrılmaq şanslarını necə dəyərləndirirsiniz?

- Bu barədə hələ ki heç nə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək. Əlbəttə, hər bir futbolçu kimi mən də millinin şərəfini qorumağı arzulayıram.

Elnur SALAHOV


Dünya Çempionatı 2026
Son xəbərlər
28.06.26  17:13

Kyeza göndərilir

topaz banner