«Bakı» klubunun braziliyalı futbolçusu Fabio Luis Ramim Unibank Premyer Liqasında sabah qarşılaşacaqları «Qarabağ» komandasına qalib gəlməyin çox çətin olacağını deyib. Qol.Az-ın müxbiri ilə söhbətində Ramim Ağdam klubunun doğma meydançasında oynayacağını xatırladıb: «Bu komandaya Quzanlıda hələ heç kim qalib gələ bilməyib. Bundan başqa, hazırda «Qarabağ» çox yaxşı formadadır. Son matçda onlar «Neftçi»ni məğlub etdilər. Yaxşı komandadır. Amma biz bu oyuna ciddi hazırlaşmışıq. Komandamıza inanıram».
«Altılığ»ın ilk dövrəsində «Qarabağ»ın qapısına vurduğu qolla qələbədə böyük pay sahibi olan Ramim sabahkı görüşdə də rəqibi məyus etmək istədiyini deyib: «Amma bilirsiniz, mənim üçün əsas komandamızın qələbədir. Kim qol vurur vursun, təki qalib gələk».
Ramim türkiyəli mütəxəssis Bülənt Qorxmazın komandadan getməsindən məyus olduğunu da deyib: «O, yaxşı məşqçi idi. Amma indiki məşqçimiz də yaxşıdı. Komandamızı yaxşı tanıyır. Bizi yaxşı hazırlayır».
O, növbəti mövsüm Rusiya klublarından birinə keçəcəyi haqda yayılan məlumatlar da münasibət bildirib: «Bu haqda mənimlə heç bir danışıq olmayıb. Yalnız İnternet vasitəsi ilə oxumuşam. Hələ bütün fikrim növbəti dəfə çempion olmaqdadır. Mövsümü çempion kimi bitirmək istəyirəm. Transfer barəsində sonra düşünəcəyəm».
PSJ-yə keçə bilər
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi