“Neftçi”nin hücumçusu Uqo Barqas ölkə kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi “Zaqatala” ilə oyundan sonra jurnalitlərə müsahibə verib. Qol.az-ın məlumatına görə, fransalı hücumçu 5:0 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb, eyni zamanda, Topaz Premyer Liqanın XIV turunda “Qarabağ”a qarşı keçiriləcək qarşılaşmaya toxunub.
- Mövsümdə 2-ci böyükhesablı qələbənizdir. Səncə, bu nəticə qarşıdakı görüşlərdə komandaya əlavə motivasiya verə bilərmi?
- Əlbəttə, komanda üçün yaxşı nəticədir. Uzun müddət şans qazanmayan futbolçular üçün daha gözəl oyun oldu. Hər biri özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Oyuna yaxşı başlamasaq da, sonradan toparlanıb qollar vurduq. İnanıramki, bu qələbə növbəti oyunlarda bizə əlavə motivasiya verəcək.
- Hücumçu olsan da, tez-tez geri gəlməli olurdun. Tapırıq belə idi, yoxsa oyun bu cür alındı?
- Bu, baş məşqçimizin tapşırığı idi. Mənə demişdi ki, Seqoviyanın arxasında oynayım. Çünki topla oynamağı sevirəm. Əvvəlki oyunlarda tək hücumçu kimi meydana çıxanda topla az oynayırdım. Amma belədə özüm orta xəttə kimi qayıdıb top götürürdüm və cinahları topla təmin edirdim. Düşünürəm ki, məndə pis alınmadı.
- Artıq birinci hissədə oyunun taleyini həll etmişdiniz. Fasilədən sonra “Qarabağ”la matçı düşünürdünüzmü?
- Yox, belə deməzdim. Çünki hər oyunun öz hazırlıq üslubu var. Biz bu oyuna hazırlaşmışdıq. Ona görə də gözləyirdik ki, matç bitsin. Artıq bu görüş geridə qaldı. Bundan sonra “Qarabağ”la oyunu düşünmək olar.
- “Qarabağ”la səfər oyunundan nə gözləyirsən? Səncə, bu komandanı öz meydanında məğlub etmək mümkündür?
- Futbolda mümkünsüz heç nə yoxdur. “Azərsun Arena”da bundən əvvəl keçirilən matçda heç-heçə etmişdik. İndi komandada özünəinam var. Oyunumuz daha yaxşı alınır. Matça yaxşı hazırlaşsaq, istədiyimiz nəticə qazana bilərik.
- Bu mövsüm “Neftçi” üçün çempionluq bir qədər inandırıcı görünmür. Bəlkə buna görə əsas diqqətinizi kuboka yönəltmisiniz?
- “Neftçi” bir müddətdir tituldan uzaqdır. Nə kubok qazanır, nə də çempionluq. Komandada böyük dəyişikliklər olub. Yeni baş məşqçi, yeni futbolçular gəlib. Biz hər şeyin cavabını meydanda verməliyik. Yaxşı olardı ki, mövsümü ən azı kubokla başa vuraq və Avroliqaya vəsiqə qazanaq. Əsas məqsədimiz bu olacaq.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı