“Nəticə öz yerində, oyundan razı qalmadım. "Zaqatala" ilk hissədə məni çox təəccübləndirdi. Rəqibin oyunu çox xoşuma gəldi. Bu komandanın potensialı var, öz layiqli yerlərini tutacaqlar”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 finalında “Zaqatala”ya qalib gəldikləri oyundan (5:0) sonra keçirilən mətbuat konfransında deyib.
- İki gündən sonra Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"la qarşılaşacaqsınız...
- Bəli, bizi ağır oyun gözləyir. Bu səbəbdən bu gün çox dəyişiklik etdim. Bəzi futbolçulara istirahət vermişdim. Oyun təcrübəsi az olanları meydana buraxdım. Lakin çoxunun oyunundan razı qalmadım. Belə matçlarda daha istəkli olmaq lazımdır. Bəzi səhvəri gördüm. Müdafiə xəttindəki çatışmazlıqlar mənim üçün böyük problemə çevrilib. Hücumu düzəltmişik, amma arxa xətdə sıxıntı var. Bu da məni çox qayğılandırır. Dekabrda bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Bu oyun mənim üçün bir siqnal idi. Görüləcək işimiz çoxdu.
- Sensasiya baş verməsə, 1/4 finalda "Neftçi" üçün arzuolunmaz rəqib sayılan "Zirə" ilə qarşılaşacaqsız. Bu, qisas almaq üçün fürsətdi, yoxsa "Xəzər"lə düşmək istərdiniz?
- Heç vaxt qisas almaq barədə düşünməmişəm. Rəqibin kim olmasının fərqi yoxdur. Kim güclü olsa, onunla üzləşəcəyik. İstər kubokda, istər çempionatda mümkün qədər irəli getməyə çalışacağıq. Üç xallıq sistemdə 9-10 xallıq fərq elə də böyük deyil. Hər iki cəbhədə əlimizdən gələni edəcəyik. Qışa qədər maksimum xal toplamağa çalışacağıq.
- Daniel Seqoviya het-trik etdi. Ondan razı qaldınız?
- Hücumçunun işi qol vurmaqdır. Onu Premyer Liqada da yoxlamaq istərdim. Bu gün ön xəttdən şikayət etmədim. Problem müdafiədədir. Buraxdığımız qollar məni qayğılandırır.
- Nizami Hacıyevlə razılığa gəlmisiz. Başqa danışıq apardığınız futbolçu var?
- Bu barədə bütün söhbətlər fasilə zamanı olacaq. Nəzərimizdə olanlar var. Əcnəbi futbolçu da axtarırıq.
- "Neftçi"nin əvvəlki legionerlərindən kimisə geri qaytarmağı düşünürsünüz?
- Xeyr. Komandaya yeni nəfəs gətirmək istəyirik.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı