Unibank Premyer Liqası 27-ci turunun "Bakı"-"Xəzər Lənkəran" oyununu Tofiq Bəhramov adına Respublika stadionunda izləyənlər arasında “Bakı”nın prezidenti Hafiz Məmmədov da olub. Qol.Az-ın məlumatına görə, oyundan sonra jurnalistlərə açıqlama verən H.Məmmədov komandasının əzmkar oyunundan və əldə olunan vacib qələbədən məmnun qaldığını bildirib:
"Oyundan zövq aldım. "Bakı" çempion komandadır və hər oyuna yalnız qələbə üçün çıxır. "Xəzər Lənkəran" kimi çox güclü rəqibə qarşı prinsipial oyunda əldə olunan qələbə məni sevindirdi. Ən əsası isə, komandamızın məzmunlu və əzmkar oyun nümayiş etdirməsidir.
Kimisə fərqləndirmək istəməzdim, bu gün komanda oyununun şahidi olduq. Ümumiyyətlə, "Bakı"nın son 3 oyunda göstərdiyi səviyyə və xarakter bir daha sübut edir ki, komandamız ölkə futbolunun aparıcı simaları sırasında özünəməxsus yerini qoruyur və gündən-günə daha da möhkəmlədir”.
H.Məmmədov qarşıdan gələn oyunlarda da uğurlu nəticələr qazanılmasını arzu edib: “Komandamızın üzvləri söz veriblər ki, mübarizəni sonadək davam etdirəcəklər. Bu amil çempionatın daha maraqlı və gərgin mübarizədə keçəcəyinə dəlalət edir. Komandamızın "Qarabağ"la səfər oyunundan da qələbə ilə dönəcəyinə inanıram. Klubumuzun hədəfləri dəyişilməz olaraq qalır: "Bakı" həm çempionluq titulunun qorunması, həm də ölkə kubokuna sahib çıxmaq üçün oynayır".
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi