«Qəbələ» ilə oyunda vacib xallar itirdik. Amma hesab edirəm ki, uduzmağımızın başlıca səbəbi şanssızlığımız idi». Bu sözləri Qol.Az saytına açıqlamasında «Neftçi»nin baş məşqçisi Arif Əsədov deyib. Onun sözlərinə görə, matç ərzində komandası «Qəbələ»dən üstün oyun nümayiş etdirib: «Biz öz meydanımızıda oynadığımız üçün qələbə istəyirdik. Oyun ərzində üstün olan tərəf də biz idik. Göründüyü kimi, artıq komandamız öz oyununu tapıb. Sadəcə, heç nədən bir qol buraxdıq. İrəli atılsaq da, şans bizim tərəfdə deyildi. Nəticədə son dəqiqələrdə qapımızda daha bir qol görərək məğlub olduq. Əgər heç-heçə istəsəydik, bu nəticəni qazanardıq. Amma biz qələbəyə oyanıdıq. Futbol belə oyundur və hər zaman yaxşı oynayan komanda qələbə qazana bilmir. Biz burada vacib xallar itirdik. Ancaq qarşıdakı oyunlarda mütləq bunu unutduracağıq».
Daha sonra oyun zamanı və oyundan sonra futbolçular arasındakı gərginliyə toxunan Arif Əsədov «Qəbələ»nin oyunçularının oyunun vaxtını uzatmağa çalışdığını qeyd edib. O, gərginliyə məhz elə bu amilin səbəb olduğunu söyləyib: «Top bizdə idi, rəqib komandanın oyunçusu zədələndikdən sonra ona meydandan kənarlaşdırdıq. Daha sonra topu autdan oyuna daxil edən «Qəbələ»li oyunçu onu bizə verməli idi. Amma oyunçularımızın xəbərdarlığına baxmayaraq, həmin futbolçu topu vermədi və vaxt udmağa çalışdı. Məhz bütün bunlar oyunçularımızın sinirlənməsinə və nəticədə gərginliyin yaranmasına səbəb oldu. Hesab edirəm ki, oyun ərzində və daha sonra gərginliyin yaranmasını məhz rəqib komandanın oyunçuları istədi. Bunu deməklə oyunçularımıza haqq qazandırmıram. Lakin həqiqət budur. Düzdür, oyunun vaxtının uzadılması da matçı qazanmaq üçün bir vasitədir. Amma istənilən halda futbolda «fair-play» qaydalarına əməl olunmalıdır».
A.Əsədov Rail Məlikovun rəqib komandanın oyunçusuna qarşı təhqiredici ifadə işlətməsi barədə deyilənlərdən xəbərsiz olduğunu söyləyib. Baş məqçi həmkarı Ramiz Məmmədovun «Neftçi»nin oyunçularının «fair-play» qaydasına əməl etməməsi barədə ittihamlarına da münasibət bildirib: «Bu fikirdən qəti şəkildə narazıyam. Biz «fair-play» qaydalarını gözəl bilirik. Bunu kiminsə bizə öyrətməsinə ehtiyac yoxdur. Fikrimcə, «fair-play» qaydalarına tam şəkildə əməl etdik. Mən meydana daxil olmamaqla bunu bir daha göstərdim. Yəni oyun zamanı üzərimizə düşən vəzifəni gözəl bilirik və buna riayət edirik».
A.Əsədov «Qəbələ» ilə oyunda hakimdən də narazı qaldıqlarını deyib. Onun fikrincə, oyun zamanı hakim tempi öldürməyə çalışıb. O, rəqib komandanın oyunçusunun «qırmızı vərəqə» almalı olduğunu, lakin hakimin bu addımı atmadığını vurğulayıb.
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev