«Bakı» klubunun rəhbərliyi dünən «İnter»ə qarşı keçirilən oyunun hakimliyindən narazı qalıb. Klubun baş meneceri Zeynal Məmmədov Qol.Az-ın müxbiri ilə söhbətində yan xətt hakiminin kobud səhvlərə yol verdiyini söyləyib.
Qeyd edək ki, dünənki oyundan sonra keçirilən mətbuat konfransında «Bakı»nın məşqçisi Məqsəd Yaqubəliyev də hakimlərin onların əleyhinə şübhəli qərarlar qəbul etdiklərini söyləyib: «Konkret olaraq matçın sonundakı oyundankənar vəziyyət epizodu ilə bağlı deyə bilərəm ki, hakim epizodda yanlışlığa yol vermişdi”.
Z.Məmmədov da bildirib ki, ümumiyyətlə, qalmaqallı «Xəzər Lənkəran» - «Neftçi» matçının xətt hakimləri olan Roman Vasilyevlə Mübariz Haşımovu növbəti dəfə məsuliyyətli oyuna təyin etməyin özü səhvdir: «Hakimlər bizim əleyhimizə qərarlar verirdilər. Qardaş, bir dəfə də xeyrimizə olan səhvə yol versinlər də? Oyunun sonlarında yan xətt hakimi Mübariz Haşımov heç bir səbəb olmadan futbolçumuzun oyundankənar vəziyyətə düşdüyünü bildirdi. Axı, belə vəziyyətdə ofsayd olmur».
Oyundan sonra soyunub-geyinmə otağına getdiyini bildirən Z.Məmmədov futbolçuların danışmağa halları olmadığını söyləyib: «Onlar hakimin belə səhvlərindən dəli kimi olmuşdular. Gərək, futbolçuların əziyyətini yerə vurmayasan. Bizi oynamağa qoymurlar, ayağımızdan çəkirlər. Qələbə qazanmağımızı istəmirlər, elə istəyirlər heç-heçə edək».
Z.Məmmədov hakim səhvlərinə görə AFFA-ya və PFL-ə şikayət etməyəcəklərini bildirib: «Guya müraciət etsək, nə olacaq ki?».
Xatırladaq ki, Unibank Premyer Liqasının dünən keçirilən «İnter» - «Bakı» oyunu 1:1 hesabı ilə başa çatıb. Oyunun sonlarında yan xətt hakimi Mübariz Haşımov əlverişli vəziyyətdə olan «Bakı»nın futbolçusu Venionun oyundankənar vəziyyətə düşdüyünü bildirib. Bu isə «Bakı» klubunun ciddi narazılığına səbəb olub.
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev