Qurban Qurbanov: «Bəxt «Qarabağ»dan üz döndərib»

ÖLKƏ FUTBOLU 3 Aprel 2010 / 20:30 2863
-  A +

«Bu gün azarkeşlər maraqlı oyununun şahidi oldular». Qol.Az-ın məlumatına görə, bu sözləri «Xəzər Lənkəran»a qarşı bu gün keçirilən oyundan sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, ilk qol epizodu ilə bağlı fikirlərini bildirərkən bunları söyləyib: «Qapımıza penaltinin təyin olunmasıyla nəticələnən epizodda Maksim Medvedyevin səhvi olmuşdu. Maksim gənc futbolçudur. Amma mən məğlubiyyətimizə görə məsuliyyəti Maksimin üzərinə atmaq istəmirəm. Biz bu gün yaxşı oynadıq, amma qələbə qazana bilmədik. Ümumiyyətlə, son vaxtlar bəxt «Qarabağ»dan üz döndərib. Oyunumuz alınır, amma üç xal əldə edə bilmirik».
Xatıradaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən «Xəzər Lənkəran» - «Qarabağ» oyunu 2:1 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun