“Köln”ün yoxlama oyunlarının sırasında “Bakı”nın adı yoxdur

XƏBƏR 14 Yanvar 2009 / 14:30 2729
-  A +

Təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə gedən Almaniyanın “Köln” klubunun burada keçirəcəyi yoxlama görüşlərinin siyahısında “Bakı”nın adı yoxdur. Xəbəri Almaniya klubunun rəsmi internet saytına istinadən Qol.Az yayıb. “Bakı” rəhbərliyi və baş məşqçi Qyoko Haciyevskinin yanvarın 18-də almanlarla oynayacaqlarının dəqiqləşməsinə dair verdiyi açıqlamadan fərqli olaraq, “Köln” klubunun saytında komandanın həmin tarixdə “Bakı” ilə deyil, Almaniyanın aşağı liqa komandalarından olan “Kikker Offenbaç” ilə yoxlama görüşü keçirəcəyi yazılıb.

 


Son xəbərlər