“Xəzər-Lənkəran” – “Neftçi” matçının baş hakimi Əfqan Həmzəyevin müsahibəsi
- “Xəzər-Lənkəran” – “Neftçi” matçına təyinatınız heç də birmənalı qarşılanmamışdı. Sanki Əfqan Həmzəyevin “Neftçi”nin xeyrinə qərarlar qəbul etmək üçün Lənkərana göndərildiyi haqda rəy formalaşmışdı...
- “Neftçi” ilə matçadək “Xəzər-Lənkəran”ın 4 oyununu idarə etmişəm və hamısında Lənkəran komandası qalib gəlib. Paytaxtda “Bakı”nı, Zaqatalada “Simurq”u, Sumqayıtda “Standard”ı, öz meydançalarında isə “Olimpik-Şüvəlan”ı yeniblər. Onların məndən narazı qalmağa nə haqları var?
- Söhbət “Neftçi”nin iki tur öncə “Şəfa” stadionunda “İnter”lə matçda penalti sayəsində heç-heçəyə nail olması, Yevlaxda “Karvan”ı yenə penalti ilə yenməsi və digər faktlardan gedir...
- Bəli. “Neftçi” ilə oyunda “İnter”in qapısına penalti təyin etmişəm. Həmin epizodu bütün respublika gördü. Hətta “İdman Azərbaycan” kanalında səsverməyə qoydular. Səs verənlərin 68 faizi həmin epizodda 11 metrlik cərimə zərbəsinin olduğunu bildirdi. Hansı komandanın qapısına penalti təyin edəcəyəmsə, demək, qərarım səhv olmalıdır? Kimin qapısına 11 metrlik cərimə zərbəsi verəcəyəmsə, mənimlə düşmən olmalıdırlar? “Filankəsin adamıdır” deməlidirlər? Vallah, belə olmaz!
- Oyunda baş verən insidentləri necə dəyərləndirirsiniz?
- Baş verənlər şəxsən mənə - Əfqan Həmzəyevə qarşı “Xəzər-Lənkəran” klubu tərəfindən bir təxribat idi. Bunu mən sizə əminliklə söyləyirəm. Çünki mən onların istədiyi hakimliyi etmədim, eləməyəcəyəm də. İndiyədək heç bir kluba kömək etməmişəm, etmirəm, etməyəcəyəm də. Qoy, məni meydançanın ortasında öldürsünlər. Amma əqidəmdən dönməyəcəyəm. Mən nə etməli idim? “Xəzər-Lənkəran”la “Qarabağ” arasındakı Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunundakı kimi hakimlik etməli idim? Yoxsa kimlərəsə 3-5 penalti verib, bayıra atmalı idim? Qapıçını yıxmalı idilər, qol saymalı idim? Yarım metrlik məsafədən ələ dəyən topa görə penalti verməli idim? Eləməyəcəyəm! Mən elə hakimlik etməyəcəyəm. Qoy, mənim üçün “Çimərlik hakimidir” desinlər. Mən çimərlik futbolu hakimi olmamışdan qabaq 6 il böyük futbolda hakimlik etmişəm. Sadəcə, məsləhət bilib, mənə çimərlik futboluna beynəlxalq dərəcəli hakim kimi namizədliyimi verdilər. Orda da getdim, Azərbaycanın adını doğrultdum, dünya çempionatının yarımfinalını idarə etdim. Bəli, mən öz sözünü demiş hakiməm. Mən nə etdiyimi bilirəm. Uşaq-zad deyiləm. Uşaq futbolundan yavaş-yavaş indiki səviyyəyə yüksəlmişəm. Mənim adamım yox idi ki, 1-2 ilin içində Premyer Liqa hakimləri arasına çıxım.
- Bəs nəyə əsasən özünüzə qarşı təxribatın hazırlandığını iddia edirsiniz?
- Bu, mənim haqqımda yaradılan “Əfqan “Neftçi”yə kömək edir” rəylərinin məntiqi nəticəsi idi. Hansısa şəxsiyyətsiz insan və ya insanlar – bilmirəm bunlar öz içimizdəki hakimlərdən, yoxsa başqa şəxslərdir – haradansa informasiya alıblar ki, Əfqan Həmzəyev “Neftçi”nin hakimidir. Belə fikirlər heç bir insanlığa sığmır. Mən heç bir komandanın hakimi deyiləm və olmamışam. Bundan sonra da olmayacağam.
- Oyundan sonra sizi vuranları tanıyırsınız?
- Hər şey artıq aydındır. Biz oyundan sonra Lənkəran şəhər polis idarəsindəki ifadələrimizdə onların hamısının adlarını bir-bir göstərmişik. AFFA-ya verdiyimiz izahatlarımızda hamısının adlarını göstərmişik. İndi istintaq getdiyi üçün onların adlarını sizə deyə bilmərəm. Onlar kasetdə də var, disklərə də köçürülüb. AFFA lazımi orqanlara müraciət edərək, həmin diskləri alacaq. Orada da araşdırma gedəcək. Hər şey, sənəd-sübutludur, hər şey çəkilib. Kim bizi vurub, kim vurmayıb. Televiziya ilə də kadrlar nümayiş olunacaq. Özünüz də baxaraq, Əfqan Həmzəyevin haqlı, yoxsa haqsız olduğunu müəyyənləşdirə bilərsiniz. Birinci hissədə “Xəzər-Lənkəran”ın xeyrinə 18, “Neftçi”nin xeyrinə isə 7 cərimə zərbəsi olub. İkinci hissədə də meydan sahibləri daha çox cərimə zərbəsi vurublar. İndi sən səhv qol vurursan, mən onu saymalıyam? Belə məntiq dünyanın heç bir yerində yoxdur. Bu, biabırçılıqdır.
- Hər halda yalnız “Xəzər-Lənkəran”ın 2 qolunun sayılmaması, 1 penaltisinin verilməməsi azarkeşlərdə belə fikir formalaşır ki, yəqin bu, qəsdən “Neftçi”yə “işləyir”...
- Orda mənə azarkeşlər heç nə etmədi. Azarkeşlik heç nə yox idi. Təxribatı “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov və onun dəstəsi başladı. Həmin o təxribat da axıra qədər getdi. Bizi döyən də, vuran da “Xəzər-Lənkəran” rəsmilərinin ətrafı olub. Məşqçilər korpusu olub, “Xəzər-Lənkəran” prezidentinin şəxsi mühafizəsinin nümayəndələri olub. Camaat bizə heç nə etməyib. Yenə sağ olsun, Allah Mais Mənsimovdan razı olsun ki, bizi ölümdən qurtardı. O adam orada olmasaydı, bəlkə də bizi öldürərdilər, indi həyatda yox idik. 21 yaşlı köməkçim Mübariz Haşımovu dədəsi yaşında kişi təpik altına salır. Hansı vicdandan, şəxsiyyətdən danışmaq olar? Ağasəlim Mircavadovun bu gün-sabah 70 yaşı olacaq, “Şöhrət” ordeni var, kəllə atır. Sənə nə etmişəm? Otur, bax, 90 dəqiqə ərzində hansı düzgün qol vurmusan, saymamışam? Səhv qol vurmusan, saymamışam. Yaxşı eləmişəm. Əlimin içindən gəlib. Qoy, bilsinlər ki, Əfqan Həmzəyev elə qolları saymır. Bundan sonra çox gözəl tanıyarlar ki, mən kiməm.
- Sizə təzyiq edənlərin cəzalandırılmasına nail olmaq fikrindəsiniz?
- Bəli. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bədənimdə olan zərbə izləri tibbi-məhkəmə ekspertizasından keçirilib, ölçüləri götürülüb. Hamısı orda var, ərizələrimizi də yazmışıq. Bir addım da geri atan deyiləm. Sonadək, öz hüququm bərpa olunanadək vuruşacağam. Heç kəsin yanında gözükölgəli deyiləm. Bəli, vurublar, gedib cəzalarını çəkməlidirlər. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də idarəçiliyim haqda fikirlərini bildirib, dəfələrlə epizodlara baxıblar. Özüm tələb etmişəm, xahiş etmişəm ki, idarə etdiyim oyun AzTV vasitəsilə bütün dünyaya nümayiş etdirilsin. Baxsınlar, görək, hakimin orda “Xəzər-Lənkəran”a qarşı qərəzi var idi, yoxsa, “Xəzər-Lənkəran”ın hakimə? Axıradək baxsınlar. Görsünlər ki, kimin-kimə qarşı qərəzi var. Mənim heç kimə qarşı qərəzim yoxdur.
- Epizodları izlədikdə Sizin yan xətt hakiminin işarəsindən sonra qərarınızı dəyişdirdiyiniz görünür. Bunları nə ilə əlaqələndirə bilərsiniz?
- Qaydalarda göstərilib ki, oyun mərkəzdən başlayana, ikinci qərarı qəbul edənədək mənim qərarımı dəyişdirmək səlahiyyətim var. Künc zərbəsindən gələn topu oyunçu başla qapıdan keçirir, mən də qolu sayıram. Amma görürəm ki, yan xətt hakimi bayrağını qaldırıb. Soruşuram: “Nə olub?” Deyir ki, top çöldən gəlib. Mən də qərarımı dəyişirəm. Nə var burda? Nə qəbahətli iş var ki? Sən qolu səhv vurdun, biz də saymadıq.
- Amma əvvəlcə qolu sayıb, sonra saymamağınız azarkeşlərdə Sizə qarşı bir qıcıq yaradır...
- Bəli, bunun metodiki səhv olduğunu etiraf edirəm. Köməkçimə daha tez baxmalı idim. Sizin iradınızla razılaşıram. Amma bu, heç kəsə meydançanın ortasında bizi vandalizm aktı ilə tapdalayıb əzməyə şərait yaratmır. Biz dünya futboluna baxırıq. Gərək onda İngiltərə, İspaniya, İtaliyada hakimləri öldürərdilər, asar-kəsər, basdırardılar.
- Bundan sonra AFFA Hakimlər Komitəsi Sizə ən azı 1 oyunluq təyinat verməsə, bunu cəzalandırılmağınız kimi başa düşmək olar?
- Xeyr. Hakimlər Komitəsi mənə niyə oyun verməməlidir? Komitəmiz haqlı olduğumu hesab etsə, təyinatımı alıb, oyunları idarə edəcəyəm. AFFA, Peşəkar Futbol Liqası və Hakimlər Komitəsi heç bir klubun təzyiqi və sifarişi ilə işləməyib. Onların arxamızda durması bir daha bizə stimul verir ki, heç kimdən çəkinib-qorxmadan hakimliyimizi edək. Biz hiss etdik ki, arxamızda Rövnəq Abdullayev, Ramin Musayev durur. Bizim meydançadan sağ çıxmağımıza səbəbkar bəlkə də o insanlardır. Allah onlardan razı olsun. Əvvəlki kimi deyil ki, bir səhvə görə hakimi ömürlük futboldan silsinlər. Mən saytınız vasitəsilə onlara minnətdarlığımı bildirirəm.
Mənbə: lent.az
18 yaşlı Endrik evləndi
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video
Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu
"Göstərdiyimiz oyunla fəxr edə bilərik" - Valdas Dambrauskas
Konfrans Liqasında daha 23 komanda 2-ci mərhələyə yüksəldi
"Çempionata yaxşı hazır olacağımıza inanıram” - Samir Abasov
“Sabah”ın Konfrans Liqasındakı rəqibi
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər