“Xəzər-Lənkəran” dövlət başçısı İlham Əliyevə müraciət etmək fikrindədir. Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov Unibank Premyer Liqasının XXV turunda “Neftçi” ilə ev oyununda baş verən qalmaqalla bağlı ölkə prezidentinə rəsmi müraciət ünvanlayacaqlarını istisna etməyib: “Biz anlayırıq ki, ölkə başçısının daha önəmli işləri var. Amma başqa çıxışımız olmaya bilər. Axı böyük bir regionda futbolun inkişafı təhlükə altındadır. Ölkədə ən güclü infrastruktura malik və ev oyunlarına 10-15 min azarkeş toplayan komanda artıq neçənci dəfədir ki, dəhşətli ədalətsizliklə üzləşir. Hazırda İntizam Komitəsinin qərarının və AFFA-nın məsələyə rəsmi münasibətini gözləyirik ki, bundan sonra növbəti addımlarımızı müəyyənləşdirəcəyik. Hətta ola bilsin ki, “Xəzər-Lənkəran” cari mövsüm ölkə çempionatı və ölkə kuboku yarışlarında çıxışını yarımçıq dayandıracaq”.
AFFA-nın İntizam Komitəsinin mümkün cəzalarından danışan Nadirov klub və stadionlarının cəzaya məruz qala biləcəklərini başa düşdüklərini bildirib: “Hətta ən sərt qərara hörmətlə yanaşacağıq. Lakin azarkeşlərin bu cür davranışına nəyin səbəb olduğunu da aydınlaşdırmaq lazımdır. Nəyə görə “Xəzər-Lənkəran” yenə qərəzlə üzləşir? Bunu kim və nəyə görə təşkil edir? Bəlkə kimsə, Lənkəranda tribunaların dolmasından narazıdır və azarkeşləri futboldan küsdürmək istəyir?”
Öncə də AFFA-ya müraciət etdiklərini bildirən Nadirov bundan əvvəlki turda “İnter”ə səfərdə 0:1 hesabı ilə uduzduqları oyunu qeyd edib: “Həmin oyundan sonra müraciətimizdə komandamızın iştirakı ilə keçirilən oyunlarda hakimliyə diqqət yetirilməsini bildirmişdik. Lakin “Neftçi”ylə oyunda Əfqan Həmzəyevin idarəçiliyi göstərdi ki, müraciətimizə məhəl qoyulmayıb. Bu adam 15 min azarkeşin gözü qarşısında komandamızı “öldürməyə” utanmadı. Bu, planlaşdırılmış aksiya idi”.
Qeyd edək ki, Lənkəran ziyalıları da ölkə prezidentinə müraciət edərək, “Xəzər-Lənkəran” – “Neftçi” görüşündə günahkar olanların sərt və qəti şəkildə cəzalandırılması üçün göstəriş verilməsi xahiş edilib.
Mənbə: 1news.az
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu