Lənkəranın bir qrup ziyalısı «Xəzər Lənkəran» - «Neftçi» oyununda yaşanan olaylarla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib. Qol.Az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, Azərbaycan premyer liqasının XXV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” - “Neftçi” oyununda xoşagəlməz hadisələr baş verib: «Bu hadisələrin səbəblərini araşdırmaq vəzifəsi ölkənin futbol qurumlarının üzərinə düşür. Lakin oyun günü Lənkəran şəhər stadionunda baş verənlərin şahidləri kimi biz ziyalılar hadisələri qiymətləndirməyə borcluyuq. Həmin gün meydanda AFFA Hakimlər Komitəsinin Lənkərandakı oyuna təyin etdiyi hakimlər briqadasının məqsədi azarkeşləri təxribata çəkməkdə idi. Birtərəfli hakimlik stadiona toplaşan 14 min insanın əsəbləri ilə oynadıqca bir neçə azarkeş meydançaya daxil olaraq hakimə hücum etdi. Biz Lənkəran ziyalıları hər hansı bir zorakılığın əleyhinə olduğumuz üçün bu işdə də meydana daxil olan azarkeşlərə bəraət qazandırmaq fikrində deyilik. Amma bu halın yaranmasında konkret günahkarlar kimi azarkeşləri deyil, ölkə futbolunun inkişafına mane olan Peşəkar Futbol Liqasının rəhbərliyini, Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin rəhbərliklərini görürük. Lənkəranlı futbol azarkeşlərinin çılğınlığını çox gözəl anlayan adları çəkilən futbol qurumlarının rəhbərləri Lənkəranda futbol oyunu adı altında bir komediya qurmuşdular. Bu yolla da istədikləri komandanı futbol birinciliyində irəli çəkməyə çalışır, təmiz idman mübarizəsinə şərait yaratmırlar. Bu vasitə ilə də bilərəkdən Azərbaycan futbolunun inkişafı dövlət proqramının müddəalarına zidd hərəkət etmiş olurlar. Belə əməlin bir adı var: o da təxribatdır. Cənab prezident, biz ziyalılar, sizə müraciət edərək, bu hadisədə günahkar olanların sərt və qəti şəkildə cəzalandırılması üçün tərəfinizdən göstəriş verilməsini xahiş edirik».
Foto: azerisport.com
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi