“Komandada əhval-ruhiyyə yaxşıdır. Bugünkü oyunda mütləq çıxış edəcəm. Raufun oynayacağı isə hələ bəlli deyil. Çünki ağrıları davam edir”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib. Əfran “İnter”ə qarşı bu gün Quzanlı stadionunda keçirəcəkləri matça yalnız qələbə əzmilə çıxacaqlarını bildirib: “Özünüz də görürsünüz ki, iki oyundur dalbadal komandamız məğlub olur. Mən kubok matçındakı məğlubiyyəti buraya aid etmək istəmirəm. Çünki kubok oyunu başqadır. Meydan amilinin də bizim xeyrimizə olacağını söyləmək istəyirəm. Qarşımıza üç xal qazanmaq məqsədi qoymuşuq. Açığı, başqa yolumuz da yoxdur. Bu gün “İnter”i öz meydanımızda məğlub edib növbəti turda “Xəzər Lənkəran”la səfərdə keçirəcəyimiz oyuna hazırlaşmaq istəyirik”. İsmayılov komandasının uğursuzluq zolağına düşməsinin səbəblərini də açıqlayıb: “Qarabağ”ın uğursuz çıxış etməsinin bir çox səbəbi ola bilər. Bəlkə də yorğunçuluq öz sözünü dedi. Bundan sonraya baxmaq lazımdır”.
Qeyd edək ki, Əfran İsmayılov milli komandamızın heyətində İordaniya ilə yoxlama görüşündə zədələnmişdi. Premyer Liqanın XXV turunun “Qarabağ” – “İnter” qarşılaşması bu gün saat 16:00-da Quzanlı qəsəbə stadionunda baş tutacaq.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı