«Qarabağ»ın qapıçısı Fərhad Vəliyev Qol.Az saytına müsahibəsində son vaxtlar öz oyunu bağlı səslənən fikirlərə münasibət bildirib
- «Qarabağ»ın son oyunlarında ciddi səhvlərə yol verdin. Xüsusən «Xəzər Lənkəran»la kubok matçında buraxılan yegəna qola görə səni günahlandıranlar çox oldu…
- Səhv deyəndə ki... Əgər komanda zəif oynayırsa, burada futbolçuların hamısının səhvi ola bilər. Sizin dediyiniz epizoda gəlincə, həmin vaxt komanda yoldaşlarımla bir-birimizi başa düşmədik, ona görə qol buraxdıq. Bu gün «Qarabağ»da təkcə bir-iki futbolçunun deyil, ümumi komandada problem var. Amma biz bu həftə öz meydanımızda «İnter»i məğlub edib yüksək yerlər uğrunda mübarizəmizi davam etdirmək əzmindəyik.
- Konkret bu gün sənin hansısa psixoloji problemin var?
- Mən çalışıram ki, hər oyuna çıxanda sərbəst olum, istədiyim oyunu nümayiş etdirim. Ola bilər ki, hansısa səhvlərə yol verim. Səhv buraxmayan qapıçı yoxdur. Belə uğursuzluq hər bir futbolçunun başına gələ bilər. İnhallah, çalışacağıq ki, komanda şəklində üzləşdiyimiz problemləri aradan qaldıraq və qarşıdakı oyunlarda maksimum nəticə göstərək.
- Futbolçu karyeranda belə eniş dövrü yaşadığın anlar olub?
- Əlbəttə. Başqa komandalarda çıxış edəndə də bu cür hallarla üzləşirdim. Amma nə mən, nə də komandamın ruhdan düşdüyü anlar olub. Bəzən zəif komandaya uduzurduq, sonra güclü rəqibə qalib gəlirdik. İndi ən əsası özünəinamdır. Bu inam olandan sonra hər oyuna qələbə üçün çıxa və istədiyini əldə edə bilirsən. Biz də səhvlərimizi düzəldib növbəti qarşılaşmalara yalnız üç xal üçün çıxacağıq.
- «Qarabağ»da əhval-ruhiyyə düzəlib?
- Hazırda hər şey yaxşıdır. Son məğlubiyyətlərə baxmayaraq, komandamızda özünəinam itməyib.
- Komandanız üç oyundur məğlub olur. Səncə, «qara zolaq»dan nə vaxt çıxacaqsınız?
- Növbəti qarşılaşmanı - «İnter»lə matçımızı Ağdamda keçirəcəyik. Bildiyiniz kimi, biz Quzanlıda hələ uduzmamışıq. Bu amil bizim xeyrimizə işləyir. Bundan istifadə edib «İnter»i məğlub etməyə və uğursuzluq zolağından çıxmağa çalışacağıq.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı