“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- Elnur Allahverdiyev “Qəbələ”yə qarşı matçda niyə oynamayıb? Bu müdafiəçini cəzalandırmısınız?
- Cəzalandırılıb. Elnurun Qəbələdəki hərəkətlərinə görə məşqlərə buraxmıram. Haqqında qəti qərar qəbul olunmayıb. Rəhbərliklə məsləhətləşməliyəm. Əmrah bəy (klubun baş direktoru Əmrah Çəlikəli nəzərdə tutur) Türkiyədədi. O gələndən sonra hər şey tam dəqiqləşəcək.
- Elnur Qəbələdə konkret hansı hərəkətə yol verib?
- Bir az özbaşınalıq edib. Son vaxtlar artıq çəkisi var idi. Əslində əvvəllər onu nəzarətdə saxlayırdıq. Gördüm ki, sabitləşib, bir az sərbəstlik verdim. Nəticədə yenidən çəkisinin artdığını hiss etdim. “Xəzər Lənkəran”la səfərdə keçirdiyimiz kubok oyunundan sonra bir daha çəkisini yoxladıq və artıq olduğunu görüncə, onu danladım. Bu problemi qaydasına qoymayacağı halda “Qəbələ”yə qarşı matçda forma geyməyəcəyini dedim. Elnur tələbi yerinə yetirmədi. Qəbələdə məşqdən sonra gəlib Allahverdiyevin düşərgəni tərk etdiyini söylədilər. Evdə problemlərinin olduğunu əsas gətirib geri qayıtmışdı.
- Sizə demədən?
- Özbaşına getmişdi. Əlbəttə, Elnuru hamımız çox istəmişik. Özəlliklə mən onun üstündə çalışmışam ki, həmişə yaxşı oynasın. Elnuru hörmətsizlik etdiyinə görə məşqə buraxmıram. Tez-tez əsəblərinin pozulduğunu dilə gətirir, problemlərinin olduğunu vurğulayırdı.
- Bəlkə özü komandadan mümkün qədər tez getmək istəyirmiş? Axı klub tərəfindən təklif olunan yeni müqaviləyə də imza atmamışdı.
- Deməzdim. O necə olsa da, meydana çıxanda ürəklə oynayan futbolçudu. Sadəcə, son vaxtlar bilmirəm, bəlkə kimlərəsə qoşulmuşdu, ya da kimlərsə tərəfindən ona təzyiq var idi. Özünü doğrudan da yaxşı apara bilmirdi. Yəni hiss edirdim. Məşqlərdə bir az sakitləşdirirdik, danlayırdıq. Bu da var ki, müqaviləsini yeniləməsə də, matçlarda var gücüylə oynayırdı.
- Belə başa düşdüm ki, onun komandadan uzaqlaşdırılmaq ehtimalı daha böyükdü.
- Bəli. Müdafiəçinin “Qarabağ”a çox xeyri dəyib. Elə millinin uğurları üçün də az çalışmayıb. Lakin belə hörmətsizlik etmək əlbəttə ki, üzücü haldı. Elnurun xətrini çox istəsəm də, bağışlaya bilmirəm.
- Komandanızın son yenilgiləri nə ilə bağlıdı?
- Səbəb çoxdu. “Bakı”yla premyer-liqa görüşündə kollektiv şəkildə zəif çıxış etdik. Lənkəranda isə yenilgiyə baxmayaraq, komanda yaxşı təsir bağışladı. Qapıçımızın buraxılan qolda səhvi var idi. Evdə qazandığımız nəticəni qoruya bilməyib kubokla vidalaşsaq da, oyun planında uşaqlar sona qədər döyüşdü. Hətta son saniyələrə kimi qələbə ümidi itməmişdi. Bu sevindirici hal idi. “Bakı” və “Xəzər Lənkəran”a qarşı keçirilən matçları müqayisə etsək, tam fərqli mənzərəyə şahidlik edərik. “Ağ-yaşıllara”a qarşı qol epizodlarımız da oldu, sadəcə, dəyərləndirə bilmədik Düzdü, çoxsaylı zədə amilini də vurğulamalıyam. Bəzən heyəti formalaşdırmaqda belə çətinlik çəkirik. İndi zədəlilər sağalmaqdadı. “Qəbələ”ylə matça gəlincə, iki fərqli hissə oynanıldı. İlk yarıda qol vurub inamlı çıxışla diqqət çəkdik. İkinci hissənin əvvəlində buraxılan top isə uşaqlara təsir etdi. Komanda toparlana bilmədi. Hava mübarizələrində, ümumiyyətlə, rəqibə uduzduq.
- Bu faktı deməyə hazırlaşırdım. Qəbələ təmsilçisi “Qarabağ”ın cərimə meydançasını asma “yağışına” tutmuşdu.
- “6” nömrənin (Lübo Baranini nəzərdə tutur) aut atışları elə künc zərbəsi kimi bir şey idi. Həmin futbolçu bunu çox yaxşı yerinə yetirirdi. Sanki hər dəfə topu yan xətdən daxil edəndə “Qəbələ” künc zərbəsi qazanırdı. Rəqibin haqqını yemək olmaz. Ucaboylu futbolçularıyla birlikdə bu komanda xoş təsir bağışladı. İkinci yarıda özəlliklə əla oynadılar. Bilirsiz, istənilən komandanın oyununda eniş ola bilər. Əsas odu ki, çempionatın sonunda toparlanaq. Hələ gec deyil. Çalışacağıq ki, hər şeyi qaydasına salaq.
- Qışda cəmi iki transfer etdiniz. Rəşad Kərimova gözləniləndən artıq şans verdiniz. Bu oyunçu haqda nə deyə bilərsiz?
- Kərimovun böyük potensialı var. Cəld və sürətlidi. Topla davranışı qaydasındadı. Sadəcə, Rəşad zədə üzündən uzun müddət futboldan kənarda qalıb. Eləcə də “Xəzər Lənkəran”ın heyətində oyun praktikasından əziyyət çəkib. Ona ümidlərimiz böyükdü.
- Vaqif Cavadovun yerini doldurmaq üçün komandaya dəvət etdiyiniz Georgi Adamiya ümidlərinizi doğrultdu?
- Şübhəsiz, onu heyətə cəlb edəndə düşündüklərimiz tam həyata keçmədi. Formasını bərpa etdiyi vaxtda komandamızın düşərgəsində sınaq matçında zədələndi. Ayyarımı boşa verdi, məşqsiz qaldı. İndi tədricən özünə gəlir. Georgiyə güvənirəm. Qəbələdə qol vurmaqla yanaşı, pis oyun sərgiləmədi. Son dəqiqələrdə bir az yorulmuşdu. Bu da hər futbolçuda olur.
- Premyer-liqada növbəti rəqibiniz lider “İnter”di.
- Uşaqlar bu matça səylə hazırlaşır. Psixoloji cəhətdən vəziyyəti düzəltməyə çalışırıq. Oyunçuların hər biri bunu başa düşür. Yenilgilərdən sınmayıblar. Bilirlər ki, qələbə qazanmaq öz əllərindədi. Rəhbərlik də dəstəyini əsirgəmir. Klub prezidentimiz Tahir Gözəl yenilgilərdən sonra belə zəng vurub hər şeyin qaydasında olduğunu deyirdi.
- “Qarabağ”ın qarşısına çempionluğun konkret məqsəd kimi qoyulmadığını bilirik. Bəs avrokuboklara vəsiqə necə?
- Qitəmiqyaslı yarışlara qatılmalıyıq, məqsəd budu.
- Heyətin kasadlığı əsas söhbət mövzusudu. Bu gün hər kəs Ağdam təmsilçisində konkret “killer hücumçu” çatışmazlığından danışır. Siz necə düşünürsüz?
- Qışda bir neçə legioneri sınaqdan keçirdik. İstəyimizə uyğun yerli futbolçularımıza nə isə öyrədəcək səviyyədə forvard tapa bilmədik. Düzdü, gələnlər zəif deyildi. Amma belələrindənsə, elə Vüqar Nadirovumuzu , Rauf Əliyevimizi oynadarıq. Heyətdəki gənclər inkişafdadı. Fikrimcə, yayda daha yaxşı səviyyədə olacaqlar. Bəzi futbolçular tez-tez aşağı yaş qrupları üzrə yığmalarda olduğuna görə ehtiyat oyunçular skamyasında çatışmazlıq yaranır. Həmişə demişəm ki, bizə yerliləri yetişdirmək daha vacibdi. Legionerin yığmaya nə xeyri dəyəcək ki?
- “Qarabağ” azarkeşlərinə sözünüz var?
- Azarkeşlərimiz Qəbələdə də bizi tək qoymamışdı. Matçdan sonra gərgin və narahat görünürdülər. Onları başa düşmək olar. Futbolçularımıza inansınlar, hələ heç nə itirilməyib, hər şey irəlidədi. Qazandığımız uğurlara məhz bu futbolçularla imza atmışıq. Tərəfdarlarımız və klub rəhbərliyi ilə birgə çətinliyi geridə qoyacağımıza inanıram. Üzümü tərəfdarlarımıza tutub, hər birini “İnter”lə oyuna dəvət edirəm. Biz onlarla daha güclüyük. Son saniyələrə qədər komandaya dəstək vermələrini istəyirəm.
Mənbə: "Futbol+" qəzeti
-
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video
Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu
"Göstərdiyimiz oyunla fəxr edə bilərik" - Valdas Dambrauskas
Konfrans Liqasında daha 23 komanda 2-ci mərhələyə yüksəldi
"Çempionata yaxşı hazır olacağımıza inanıram” - Samir Abasov
“Sabah”ın Konfrans Liqasındakı rəqibi
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər
"Karvan" yeni transferini reallaşdırdı
"Araz-Naxçıvan" "Trabzonspor"a qalib gəldi