“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son turunda “Qarabağ” üzərində inamlı qələbə qazandınız. Bu uğuru komandanız üçün gözlənilməz sayanlar az olmadı…
- Mən ilk gündən qeyd etmişdim ki, “altılıq”da zəif rəqib olmayacaq. Səhv eləmirsəmsə, “Qarabağ”la keçirdiyimiz son 3-4 oyunda bərabərlik qeydə alınırdı. Azərbaycan çempionatında yalnız “Qarabağ” üzərində qələbəmiz yox idi. Çalışdıq, vuruşduq və Ağdam təmsilçisini də məğlubiyyətə uğratdıq.
- İlk turda səfərdə “Xəzər Lənkəran”a böyükhesablı məğlubiyyətdən sonra hər kəs komandamızın bundan sonra məğlubiyyətləri sıralayacağını düşünürdü. Lakin siz “Qarabağ”ı məğlub etməklə bu fikirləri dağıda bildiniz.
- Mən söz vermişdim ki, “altılığ”a rəng qatacağıq. “Xəzər Lənkəran”a məğlub olduğumuz matçda isə hesab oyuna görə olmadı. Düzdür, azarkeşləri ilk öncə hesab maraqlandırır. Amma futbol mütəxəssisləri həmin oyunu izləsəydilər, görərdilər ki, nəticə oyuna görə olmadı. Komandamız 3-4 real qol epizodu yaratmışdı. Həmin qolları vura bilsəydik, hesab tamam başqa cür olacaqdı. Sadəcə, “Xəzər Lənkəran”lı futbolçuların təcrübəli olması oyunun nəticəsinə birbaşa təsir etdi.
- Bundan sonra “altılıq”da komandanızın durumunu necə dəyərləndirirsiniz?
- Bilirsiz, hər şey hələ bundan sonra başlayır. “Qəbələ” avrokuboklara vəsiqə qazanmaq üçün “vuruşacaq”. Bizim hədəfimiz budur. Əgər “Neftçi”, “Bakı”, “Qarabağ” üçün çempionluq şansları bitməyibsə, sizcə, bizim avrokuboklar şansımız bitə bilər? Yox! Şansımız çoxdur. Sadəcə, bu şansdan maksimum dərəcədə istifadə etməyi bacarmalıyıq. Əgər “Qəbələ” “Qarabağ” kimi komandanı məğlub edə bilirsə, niyə də avrokuboklarda oynamasın?
- Premyer Liqanın XXV turunda bazar günü “Bakı”nın qonağı olacaqsınız. Yəqin dünən rəqibin baş məşqçisinin istefa verməsindən xəbəriniz var.
- Mən Bülənt Qorxmaz kimi futbol mütəxəssisi, dünya miqyaslı bir futbolçunun Azərbaycandan getməsinə təəssüflənirəm. Düzdür, Qorxmazın məşqçilik təcrübəsi o qədər də çox deyildi. Fikrimcə, ona vaxt vermək lazım idi. Onun futbol biliyindən Azərbaycan futbolu da çox şey əldə edə bilərdi. Hər halda bu, klubun daxili işidir. “Bakı” klubunun özünəməxsus dəsti-xətti var. Çox ağır oyun olacaq. Hər bir komandada məşqçi dəyişəndə istər-istəməz boşluq yaranır. Həmin boşluqdan maksimum dərəcədə yararlanıb, xal qazanmalıyıq.
- Çempionatın qızğın vaxtında bəzi komandalarımızda məşqçi dəyişikliyi oldu. Son olaraq buna “Neftçi”dən Vaqif Sadıqovun, “Bakı”dan isə Bülənt Qorxmazın gedişini misal göstərmək olar. Siz komandalardakı məşqçi dəyişikliyini necə qiymətləndirirsiniz?
- Bütün bunlar komandaların sonrakı çıxışına təsir edir. Bununla belə, mövsüm ortasında baş verən məşqçi dəyişikliyi klub rəhbərliyindən asılı olan bir şeydir. Heç kəsin başqa klubun daxili işinə qarışmağa ixtiyarı yoxdur. Klub rəhbərliyi hər şeyi hamıdan yaxşı görür. Hər halda çox istərdim ki, ən azı çempionatın sonuna kimi məşqçilərin qarşılarına qoyulan məqsədlərə çatması üçün onlara vaxt və imkan verilsin.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı