«Bakı» klubunun türkiyəli vitse-prezidenti Tunc Avşar Bülənt Qorxmazın baş məşqçi vəzifəsindən istefa verməsi ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Bülənt Qorxmazın «Bakı»ya gəlməsində sizin rolunuz çox olmuşdu. Bülənt istefasının səbəbləri haqda sizə nəsə deyib?
- Xeyr, mənə bir şey söyləməyib. Öz istəyilə komandadan ayrılıb. Onu narahat edən məsələlərin olduğunu dedi və klubdan istefa verdi.
- Nə idi Bülənt Qorxmazı narahat edən?
- Vallah, bu haqda mən özüm də bir şey bilmirəm. Dünən siz özünüz də bunu Bülənt Qorxmazdan soruşmuşdunuz, cavab verməmişdi.
- Türkiyə mətbuatı iddia edir ki, Bülənt Qorxmaz «Sivasspor»dan dəvət aldığı üçün «Bakı»nı tərk edib.
- Bununla bağlı konkret olaraq heç nə yoxdur.
- Komandanız ölkə kubokunun yarımfinalına vəsiqə qazanıb, çempion olmaq şansını hələ də saxlayıb. Belə bir vaxtda məşqçinin istefasını necə qəbul edirsiniz?
- Mən onun qərarına hörmətlə yanaşıram. Biz klub rəhbərliyi həm Büləntin özü, həm də komandamızın mənafeyi üçün onun qalmasını istədik. Amma Bülənt Qorxmaz istefa verdi.
- Bu addımı komandanı yarıyolda buraxmaq kimi qiymətləndirmək olarmı?
- Bilmirəm. Onun problemləri vardı. Hər halda Bülənt Qorxmazın narahatlığı olmasaydı, komandadan getməzdi.
- Narahatlığı ona kim yaradırdı?
- Vallah, bilmirəm. Bunu onun özündən soruşmaq lazımdır. Amma Bülənt «Bakı»da qalsaydı, daha yaxşı olardı. Komandamızın durumu da hər kəsi məmnun edir.
- Türkiyə mətbuatı Bülənt Qorxmaza istinadən yazır ki, komandanın vitse-prezidenti ona problem yaradıb, gizli iş görüb və bundan sonra da o istefa verib. Həmin vitse-prezidentin şəxsən sizin olduğunuz bildirilir.
- «Bakı»nın üç vitse-prezidenti var: mən, Zeynal Məmmədov və Yaşar Seyidov. Mətbuat ümumi şeylər yazıb, kimsənin adını hallandırmayıb.
- Bülənt Qorxmazın istefası komandanızın oyununa nə cür təsir edə bilər?
- Onu yaxınlarda görəcəyik. Komandada ümumi ab-havanın pozulmaması üçün futbolçularla toplantı keçirəcəyik. Birdə ki, bizim hədəflərimiz dəyişməyib. Əvvəlkitək çempionluğu və kuboku qazanmaq istəyirik.
- Futbolçular istefa qərarını necə qarşılayıblar?
- Təbii ki, hər məşqçi dəyişikliyi olanda buna ən çox üzülünlərdən biri də futbolçular olur. Amma həyat davam edir. Nəticədə kimsə əvəzolunmaz deyil.
- Bülənt Qorxmazın əvəzinə kimi gətirməyi düşünürsünüz?
- Hazırda klubun prezidenti Hafiz bəy xaricdədir. O, Bakıya döndükdən sonra məsələni bir daha müzakirə edəcəyik.
- «Bakı»nı «Qəbələ» ilə oyuna əvəzedici heyətin baş məşqçisi Qəhrəman Əliyevin çıxaracağı söylənilir.
- Hələlik bu məsələ dəqiqləşməyib. Bu gün komandanı məşqə Ərcan hoca, Aydın hoca və Məqsəd Yaqubəliyev çıxaracaq.
- Hər halda, təxminən hansı müddətə «Bakı»ya yeni baş məşqçi təyin ediləcək?
- Yenə də deyirəm, klubun prezidentini gözləyirik. O. Bakıya gələn həftə qayıdacaq. Onunla bütün məsələləri telefonla müzakirə edirik. Ola bilər ki, yaxın bir-iki gün ərzində komandaya baş məşqçi təyin edilsin. Hələlik heç nə qətiləşməyib.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı