FİFA-dan Meksika millisinin baş məşqçisinə 6 oyunluq cəza

FİFA-dan Meksika millisinin baş məşqçisinə  6 oyunluq cəza
XƏBƏR 8 İyul 2017 / 01:45 2789
-  A +

FİFA Meksika milli komandasının baş məşqçisi Xuan Karlos Osorionu cəzalandırıb.
 
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 56 yaşlı mütəxəssisin Konfederasiyalar Kubokunda Portuqaliyaya qarşı keçirilən oyunda (1:2) hakimləri təhqir etməsi ona baha başa gəlib.

Ali futbol qurumunun qərarına əsasən, Osorio 6 oyunluq cəzalanıb. Bundan başqa o, 5 min İsveçrə frankı həcmində cərimə ödəyəcək.

Xatırladaq ki, Portuqaliya - Meksika görüşünün (2:1) baş hakimi Səudiyyə Ərəbistanını təmsil edən Fahad Al-Mirdasi olub.

Son xəbərlər
topaz banner