«Bakı» klubunun baş meneceri Zeynal Məmmədov türkiyəli mütəxəssis Bülənt Qorxmazın istefası ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- Bülənt Qorxmaz «Bakı»dan hansı səbəblərə görə gedib?
- O, öz xahişi ilə komandadan ayrılıb. Dedi ki, öz işlərinə görə komandadan getmək istəyir. Qalmasını tövsiyə eləsək də, razılaşmadı.
- Şəxsən siz onunla görüşmüsünüz?
- Yox, amma telefonla danışmışıq.
- Qol.Az-a açıqlamasında Bülənt Qorxmaz bildirib ki, klubda müəyyən şəxslər kiçik problemlər yaradıb, ayrıseçkilik salıblar.
- Bu, onun şəxsi fikridir. Əgər onun nəsə problemi olubsa, bundan xəbərim yoxdur. Komanda üçün hər şey olunurdu. Bülənt Qorxmaza «Bakı»da bütün şərait yaradılmışdı. Sizə nə deməsindən xəbərim yoxdur. Amma mənə bu haqda heç nə danışmayıb.
- Komandanız bundan sonra oyunlara kimin rəhbərliyi ilə çıxacaq?
- Sabah, ya birisigün komandaya yeni baş məşqçi təyin edəcəyik.
- Bu məşqçi yalnız çempionatın sonuna qədər komandada qalacaq, yoxsa?
- Yəqin ki, mövsüm bitənə qədər.
- Bəs sonra necə olacaq? Coko Haciyevskinin «Bakı»ya qaytarılacağı haqda xəbərlər var.
- Bu, müzakirə mövzusu deyil. Belə xəbərlər həqiqəti əks etdirmir.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda