Dünən futbol üzrə birinci divizion komandaları arasında keçirilən "Neftçi İSM" - "Bakılı" qarşılaşması yarımçıq dayandırılıb. Buna səbəb görüşün 68-ci dəqiqəsində, matç 2:0 "Neftçi İSM"in xeyrinə olarkən "Bakılı" klubunun meydanı tərk etməsi olub. Qol.Az-ın müxbirilə söhbətində "Bakılı" klubunun prezidenti Misir Əbilov bunu hakim qərarları ilə əlaqələndirib: "Görüşün baş hakimi Emil İsgəndərovun qərarlarından narazı qaldıq. Komandamızın vurduğu iki yüzfaizli qol hesaba alınmadı. Hətta qollardan birini rəqib komandanın qolkiperi qapının içərisindən çıxardı. Buna da hamı şahid oldu. İki oyunçumuz da qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırıldı. Uşaqlar da bunu görüb hirsləndilər, dalaşıb meydanı tərk etdilər. Bu barədə narazılığımızı matçın protokolunda qeyd etmişik. Hər-halda AFFA-nın İntizam Komitəsi bu məsələyə baxacaq. Martın 26-da komitə bu barədə bir qərar verəcək. Bu qərardan sonra biz də klub olaraq qəti mövqeyimizi bildirəcəyik. Mən demişəm, əgər lehimizə qərar çıxarılmasa, bu çempionatda iştirak etməyə dəyməz. Əgər hakim idarəçiliyi birtərəfli olacaqsa, onda çempionatda çıxış etməyin nə mənası? Əgər belədirsə, komandalar meydana çıxmasın.Hakimlər kimi istəyir, çempion etsinlər”.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda