Sərbəst güləş üzrə Azərbaycan seçməsinin baş məşqçisi Firdovsi Umudov olimpiya çempionumuz Toğrul Əsgərovun vətəndaşlığını dəyişərək Türkmənistan millisində çıxış edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın sportline.az-a istinadən yaydığı xəbərə görə, o, bu məsələyə əsl aydınlığı Toğrulun özünün gətirəcəyini deyib:
"Bu cür təkliflər bizə də olub. Amma, gördüyünüz kimi, buradayıq. Dövlətçiliyimizə, Vətənə sadiq insanlar kimi, daim Azərbaycanın uğurları üçün əlimizdən gələni əsirgəməyəcəyik. Toğrulu yeniyetmə vaxtlarından tanıyıram. Onun belə bir addım atacağına inanmıram. Yayılan xəbərlərdə müalicəsinin yubanması məsələsi qabardılır. Federasiya rəhbərliyi də, məşqçilər korpusu da, daim onun səhhəti ilə maraqlanıb. Toğrulun boyun fəqərəsindəki zədəsi olduqca ciddidir. Ona görə də, təkrar müayinələrə ehtiyac duyulub. Əməliyyatın yubanmasının səbəbi də bununla bağlıdır. Onun həyatını riskə ata bilməzdik. Zədə sinirlə sıx bağlı olduğundan, kiçik bir ehtiyatsızlıq onu şikəst qoya bilərdi".
Xatırladaq ki, ötən gün sosial şəbəkədə olimpiya çempionunun Türkmənistan vətəndaşlığını qəbul edəcəyi ilə bağlı xəbər yayılıb. Hazırda ölkə xaricində olan Toğrul Əsgərovun özü hələlik susmağa üstünlük verir.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı