"İnter" - "Neftçi" matçının hakiminin kobud səhvi aşkarlandı

"İnter" - "Neftçi" matçının hakiminin kobud səhvi aşkarlandı
ÖLKƏ FUTBOLU 19 Mart 2010 / 13:38 2457
-  A +

AFFA İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında Azərbaycan kubokunun ¼ finalının cavab oyunu “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunub. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, matçın 82-ci dəqiqəsində “İnter” klubunun 72 №-li futbolçusu Giorgi Lomaiaya sarı vərəqə göstərilmişdir. Lakin matçın vidoeyazısı izlənildiyi zaman baş hakimin səhv qərar qəbul etdiyi aşkar edildiyi üçün oyunçuya göstərilmiş sarı vərəqə ləğv edilib. Hakimlər Komitəsinə baş hakimin idarəçiliyi haqqında lazımi ölçü götürülməsi tapşırılıb. Xatırladaq ki, "İnter" - "Neftçi" matçının baş hakimliyini Elnur Muradov edib.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun