«Xəzər Lənkəran» klubu «Qarabağ» komandasının dünənki oyunla bağlı PFL-ə müraciətinə münasibət bildirib. Klubun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov Qol.Az-ın müxbiri ilə söhbətində təmsil etdiyi klubun «Qarabağ»ın baş hakim Vüsal Əliyevin oyunun nəticəsinə təsir göstərən qərarlar verməsi barədə iddialarını qəbul etməyib. «Qarabağ»ın sadaladığı misalların heç biri çempionatın əsasnaməsinin oyunun nəticəsinə təsir edən bəndində yoxdur. Xırda hakim səhvlərinə qalsa, biz də neçə-neçə səhv taparıq. Elnur Allahverdiyevə qırmızı vərəqə verilməsinə gəlincə, hesab edirəm ki, hakim bununla bağlı qərarı hələ gec verib. Bütün klubumuzun, azarkeşlərimizin mövqeyi belədir ki, Elnur meydandan daha tez qovulmalıydı. O, hələ birinci hissədə açıq şəkildə futbolçumuzun ayağına oynayırdı. O vaxt azarkeşlərimiz Elnuru cəzalandırmadığı üçün hakim Vüsal Əliyevi hətta fitə də basdılar. Elnura 4-5 dəfə şifahi xəbərdarlıq edilmişdi. Ümumiyyətlə, Elnur sərt yox, çox kobud oyunçudur».
T.Əsgərov Rəşad Sadiqovun qırmızı vərəqə aldığı epizoda da toxunub: «Rəşad birbaşa ayağa oynadığından ona qırmızı vərəqə göstərmək olardı. Amma hakim Rəşadı kobud oyununa görə deyil, ona söydüyü üçün meydandan qovdu. Bəli, Rəşad Vüsal Əliyevi təhqir etmişdi».
T.Əsgərov «Qarabağ»ın iddialarının doğru olmadığını bildirib.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer