Bu gün «Xəzər Lənkəran» və «Qarabağ» komandaları arasında keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda ilginc olaylar baş verib. Qol.Az-ın məlumatına görə, hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən «Qarabağ»ın müdafiəçisi Elnur Allahverdiyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hakim Vüsal Əliyevin bu qərarına «Qarabağ»ın əksər oyunçuları narazılığını bildiriblər. Elnurun etirazı isə daha sərt olub və meydanda hakimə jestlər edib. Yalnız «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqovun müdaxiləsindən sonra Elnur meydanı tərk etməli olub. Oyunun 87-ci dəqiqəsində isə Vüsal Əliyev «Qarabağ»ın futbolçularının və bütün azarkeşlərinin əsəblərini tarıma gətirən daha bir qərar verib. Hakim mərkəzə yaxın mövqedə «Xəzər Lənkəran»lı Svetkova qarşı kobudluq edən «Qarabağ»ın yarımmüdafiəçisi Rəşad Sadiqova qırmızı vərəqə göstərdikdən sonra hakimə kəskin etirazlar başlayıb.
Qeyd edək ki, belə qayda pozuntusuna görə futbolçuya ən uzağı sarı vərəqə göstərmək olardı. Lakin FİFA referisi Vüsal Əliyev son dərəcə biabırçı səhvə yol verərək futbolçunu meydandan qovdu. V.Əliyevin bu qərarına hətta öz soyuqqanlılığı ilə tanınan və demək olar ki, hakim qərarlarına irad bildirməyə sevməyən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov da etiraz edib. O, meydanın kənarından Vüsal Əliyevə ünvanına ifadələr işlədib. «Qarabağ»ın lideri Rəşad Sadıqov isə, ümumiyyətlə, meydanı tərk edib. Yalnız təkidlərindən sonra Rəşad meydana qayıdıb.
Bununla belə, meydanda 9 nəfərlə qalmasına baxmayaraq, «Qarabağ» sonadək əzmlə mübarizə aparıb. Oyunun son dəqiqələrini müdafiəçi Rəşad Sadıqov demək olar ki, hücumda keçirib. Rəşadın bir gözəl ötürməsindən sonra Elvin Məmmədov real qol şansını əldən verib. Matçın son saniyələrində isə Rəşadın özünün vurduğu cərimə zərbəsindən sonra «Xəzər Lənkəran»ı qoldan yalnız qapı dirəyi xilas edib.
Hakimin final fiti səslənəndən sonra «Xəzər Lənkəran»lı futbolçular azarkeşləri ilə sevinclərini bölüşüblər, «Qarabağ»ın oyunçuları isə çox üzgün olublar. Buna baxmarayaq, başda Qurban Qurbanov olmaqla «Qarabağ»ın məşqçiləri meydana daxil olaraq futbolçulara göstərdiyi oyuna görə təşəkkür edib və onları sakitləşdirməyə çalışıb.
Xatırladaq ki, ilk oyunda 2:1 hesabı ilə məğlub olan «Xəzər Lənkəran» bugünkü matçda göstərdiyi yüksək səviyyəli və mübariz bir oyunla qələbə (1:0) qazanaraq Azərbaycan kubokunun yarımfinalına vəsiqə əldə edib. Ümimilikdə isə «Xəzər Lənkəran» üç illik fasilədən sonra «Qarabağ»ı məğlubiyyətə uğrada bilib. Ağdam klubu isə bu mövsüm ardıcıl ikinci məğlubiyyətə uğrayıb.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı