Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradze istefa verməyə hazırlaşır. Qol.Az-ın "Sport-Ekspress" qəzetinə istinadən verdiyi məlumata görə, gürcüstanlı mütəxəssis vəzifəsindən ayrılmaq istəyini rəsmən bəyan edib.
Tetradze ötən mövsüm birinci divizionun qalibi kimi Rusiya Premyer Liqasına vəsiqə qazandırdığı Mahaçqala təmsilçisində fəaliyyətini davam etdirmək fikrində deyil: “Bununla bağlı hələ yazılı müraciət etməmişəm. Ancaq qərarım haqda klubun prezidenti Maqomed-Sultan Maqomedova şifahi məlumat vermişəm. O, bütün detalları müzakirə etmək üçün görüşməyimizi təkid etdi. Artıq 10 saatdır oturub gözləyirəm. Məni bu addımı atmağa nə sürüklədiyi haqda hələ danışmaq istəmirəm. Hər şeyin öz vaxtı var. Yerimə kimin gəlməyindən asılı olmayaraq, onun kollektivi öz istədiyi kimi tam komplektləşdirmək üçün aprelin 8-ə kimi vaxtı var. Getməyi qərara aldığım zamanı bu amili də nəzərə aldım”.
Tetradzenin istefası qəbul olunarsa, onun yerinə böyük ehtimalla Hacı Hacıyevin namizədliyi nəzərdən keçiriləcək. Əslən Dağıstandan olan 64 yaşlı mütəxəssis “Anji”ni 1999-2001 və 2003-cü ildə çalışdırıb. “Anji” məhz Hacıyevin rəhbərliyi altında 2000-ci ildə mövsümü 4-cü yerdə başa vurub ki, bu komandanın tarixində indiyə kimi ən yaxşı nəticə sayılır.
Təcrübəli çalışdırıcı sabiq klubunda indiki vəziyyətin heç də yaxşı olmadığını gizlətməyib: “Tetradze komandanı Premyer Liqaya çıxardı, onu bu mövsüm üçün formalaşdırdı. Gənc mütəxəssis Premyer Liqanın məşqçilərinin qarşısına qoyulan bütün tələblərə cavab verir. İndiki vəziyyəti nəzərə alsaq, klubun onu saxlaması daha yaxşı olardı. Mahaçqala klubunun rəhbərliyi hələ ki mənimlə əlaqəyə girməyib. İndi ölkə xaricindəyəm və görünür, yeni telefon nömrəmi hələ öyrənməyiblər. Ancaq fikrimcə, Tetradzenin istefası ilə bağlı qərar həqiqətən artıq qəbul olunubsa, mənə zəng edərlər. Əslində, “Anji”nin nümayəndələri mənimlə tez-tez məsləhətləşirlər. Elə Tetradzeni dəvət edən zamanı da belə olmuşdu. Bu mənada baş məşqçi postuna əsas namizəd olmağımla bağlı informasiya məni təəccübləndirmir. Mənə rəsmi təklif gəlmədiyi üçün Mahaçqalaya qayıtmağa razı olmağımla bağlı hələ şərh vermək istəmirəm. Mənimlə əlaqə saxladıqları zaman vəziyyəti birgə müzakirə edərik”.
Qeyd edək ki, həmyerlimiz Mahir Şükürovun qış fasiləsində Bakının “İnter” klubundan “Anji”yə keçidinin əsas təşəbbüskarı Tetradze olub.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı