«Avro-2012»nin seçmə mərhələsində Azərbaycanın rəqibi olan Türkiyə millisinin baş məşçisi Qus Hiddink bu gün İstanbulda mətbuat konfransı keçirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə ilk öncə çıxış edən Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener hollandiyalı mütəxəssisə böyük ümidlər bəslədiklərini söyləyib: «Biz yeni baş məşqçimizlə əl-ələ verib komandamızın daha böyük uğurlar əldə etməsinə çalışacağıq. Bu gün Türkiyə futbolunda yeni mərhələyə qədəm qoyulur.
Qus Hiddink isə ilk öncə onu bu vəzifəyə layiq gördükləri üçün minnətdarlığını bildirib: «Türkiyə futbolunun gələcəyinə inanıram. Yaxın keçmişdə görülən işlərlə maraqlandım. Gerçəkdən, çox gözəl layihələr olub. Mənim səbrim insanların təxmin etdiyindən də böyükdür. Ancaq azarkeşlər uğurlu nəticələri ilk gündən görmək istəyirlər. Mən də bu nəticələri dərhal əldə etmək istərdim. Ancaq bütün insanların öz arzularını gerçəkləşdirməsinə inana bilsəm, mən də səbrimi tükəndirərəm».
Hiddink Türkiyə millisini çalışdırdığı müddətdə heç bir klubda işləməyəcəyini söyləyib: «Bu, ilk növbədə fiziki olaraq mümkün deyil. İkincisi isə biz öz işimizi son dərəcədə yaxşı görmək durumundayıq».
Hiddink bu seçmə mərhələylə bağlı fikirlərini də bildirib: «İlk hədəfimiz təbii ki, qrupdan çıxmaqdır. Bundan sonra isə final mərhələsiylə bağlı hədəflərimizi açıqlayacağıq. İndidən hədəfləri söyləmək erkəndir. Əgər «hədəfimiz yalnız Avropa çempionatının final mərhələsinə çıxmaqdır» söyləsəm, mutlu olmayacaqsınız. Ona görə də gəlin, zamanı qabaqlamayaq və realist olaq».
Qus Hiddink əsas vəzifəsinin həm də Türkiyə çempionatının oyunlarını izləməkdən ibarət olduğunu söyləyib: «Bura aşağı liqanın matçları da daxildir. Mümkün qədər yerli futbolçulara üstünlük verəcəyəm».
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya