«Qarabağ»a qarşı «altılığ»ın ilk matçında komandamızın göstərdiyi oyundan razı qaldım. Futbolçular mənim istəklərimi yerinə yetirə bildilər. Amma məncə, komandamız daha yaxşı oynaya bilərdi». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində ötən həftənin cümə günü keçirilən «Bakı» - «Qarabağ» oyununu haqda fikirlərini bildirən birincilərin baş məşqçisi Bülənt Qorxmaz söyləyib: «Hər dəfə nəsə yaxşı olanda insan bundan daha artığını istəyir».
Bülənt Qorxmaz rəqibin oyunu haqda fikir yürütmək istəmədiyini də söyləyib: «Mən rəqibin deyil, öz komandamın oyununu izləyirəm. Birdə ki, hansısa fikir bildirsəm, bu, rəqibin baş məşqçisinə sayğısızlıq olar. Yalnız onu deyə bilərəm ki, «Qarabağ» gənc, dinamik və enerjili bir komandadır».
«Bakı»nın vitse-prezidenti Tunc Avşarın final mərhələsindəki 10 oyundan 30 xal toplamağın mümkünlüyü haqda fikirlərinə münasibət bildirən Bülənt Qorxmaz söyləyib ki, nəzəri baxımdan buna nail olmaq mümkündür: «Amma futbolda hər cür hesab qeydə alınır. Qələbə də qazana, məğlub da ola, bərabərə də qala bilərsən. Çempion olmaq istəyiriksə, bütün oyunlarda qələbə qazanmalıyıq. Düzdür, bu, çətindir, amma mümkündür».
Bülənt Qorxmaz hər bir oyunda komandasının psixoloji durumunu düzəltməyə çalışdıqlarını deyib. «Önəmlisi budur ki, heç-heçə edəndə və ya məğlub olanda da komandada ruh düşkünlüyü yaranmamalıdır».
Komandasının çempionluq şansları barədə danışan Bülənt Qorxmaz bildirib ki, «Bakı»da fəaliyyətə başlayarkən onun irəli sürdüyü şərtlər yerinə yetirilib: «Komandanın texniki bazası gücləndirilir, aşağı yaş qrupu üzrə komandalar formalaşdırılır. Bu, çox önəmlidir. İndidən çempionluğu qazanacağım barədə təminat verə bilimərəm. Amma birinciliyə əldə etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik».
Sabah keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin «Standard» - «Bakı» oyunu haqda danışan B.Qorxmaz bunları söyləyib: «Bildiyiniz kimi, ilk oyun 1:1 hesabı ilə başa çatdı. Növbəti mərhələyə adlamaq istəyiriksə, sonadək mübarizə aparıb qələbə qazanmalıyıq. Düzdür, oyün çətin olacaq, amma biz bacardığımızı ortaya qoyacağıq».
Xatırladaq ki, cəzalı durumda olduğu üçün Bülənt Qorxmaz «Bakı» - «Qarabağ» oyununu tribunadan izləməli olmuşdu. Bu qələbə sayəsində hazırda «Bakı» 15 xalla turnir cədvəlində «Qarabağ»la birgə üçüncü-dördüncü yerləri bölüşdürür.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya