Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları başa çatıb.
Qol.az-ın məlumatına görə, daha 4 çəki dərəcəsində idmançılar mükafatlarına qovuşublar.
61 kq
Bu çəki dərəcəsində ölkəmizi təmsil edəcək Hacı Əliyev turnirə 1/8 final mərhələsindən start verib. O, Türkmənistan təmsilçisi Saparmurat Muradovla qarşılaşıb və qələbə qazanıb (10:0). Hacı Əliyev dörddəbir final görüşündə Tacikistan təmsilçisi Todjiddin Xhodjayeva qalib gələrək (9:0) yarımfinala adlayıb. Yarımfinalda İran güləşçisi Məsud İsmailpur ilə üz-üzə gələn Hacı 8:1 hesabı ilə qalib gələrək finala yüksəlib. İdmançımız finalda Alibek Osmonov (Qırğızıstan) qarşılaşıb və 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
70 kq
Azərbaycan adına 70 kq çəki dərəcəsində Murtazali Müslümov xalça üzərinə çıxacaq. İdmançımız 1/4 finalda Zafer Dama (Türkiyə) ilə üz-üzə gəlib. 6:0 hesabı ilə qalib gələn güləşçimiz yarımfinala çıxıb. O, yarıfinalda Qırğızıstan güləşçisi Ruslan Sadibakasovu məğlub edərək (14:3) finala çıxıb. Müslimov finalda Mustafa Hüsseynkani (İran) qarşılaşıb və uduzaraq yarışı gümüş medalla başa vurub.
86 kq
Bu çəkidə təmsilçimiz Şərif Şərifov ilk görüşünə 1/8 final mərhələsində çıxıb. Onun ilk rəqibi Nazar Cabir Əl Muşattat (İraq) olub. Olimpiya çempionuuz 10:0 hesabı ilə qələbə qazanıb. Növbəti qarşılaşmada da Şərifov çətinlik çəkməyib. O, pakistanlı Məhəmməd İnamı 11:1 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Şərifovun final yolundakı son rəqibi İran güləşçisi Həsən Yazdaniçərati olub. Bu qarşılaşmada isə daha inamlı təsir bağışlayan sonuncu Olimpiya Oyunlarının qalibi Həsən Yazdaniçərati görüşü vaxtından əvvəl üstün başa vuraraq adını finala yazdırıb. Şərif Şərifov isə yarışda bürünc medal uğrunda mübarizə aparıb. Bahodur Kadırovla (Tacikistan) qarşılaşıb və qalib gələrək bürünc medal qazanıb.
125 kq
Ən ağır çəkidə güləşəcək Cəmaləddin Maqomedov mübarizəyə 1/4 final mərhələsi ilə start verib. İlk olaraq Raca Alkradla (Suriya) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə (10:0) qazanaraq, yarımfinala adlayıb. Bu mərhələdə o, iranlı Caber Zadeqzadeni məğlub edərək (7:3) qızıl medal uğrunda yarışmaq hüququ qazanıb. İdmançımız həlledici görüşünü Daulet Şabanbaya (Qazaxıstan) qarşı keçirib və qalib gələrək qızıl medal qazanıb.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da