“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ülfət Mədətovun baş məşqçisi olduğu U-13 İtaliyanın Rimini şəhərində təşkil edilən Flavio Perottinin xatirəsinə həsr olunan 14-cü turnirdə qüvvəsini sınayacaq.
Mayın 18-22-də keçiriləcək yarışda 24 komanda mübarizə aparacaq. 1-ci mərhələdə A qrupunda yer alan “qırmızı-qaralar” mayın 19-da “Milan”, ardınca “Spal 2013” ilə qarşılaşacaq. “Qəbələ” ertəsi gün “Kapilan Pallo” ilə görüşəcək. Komandanın növbəti mərhələdəki rəqibləri isə qrupda tutacağı yerdən asılı olacaq.
“Qırmızı-qaralar” Apennin yarımadasına 18 futbolçu ilə yollanıb. Heyətdə Heybət Vəliyev, Emil Umarov, Azər Məmmədhəsənzadə, Səid Ağazadə, İxtiyar Mamıyev, Fuad Əhmədov, İbrahim Ramazanov, Emil Süleymanov, Sərxan Mirzəzadə, Elmir Qələndərov, Sahil Həsənov, Nuqay Rəşidov, Qədir Mustafayev, Elmir Hüseynli, Fərid Kələntərov, Kamil Nəzərli, Namiq Şamilov və Tofiq Bayramov yer alıb.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da