Azərbaycan 100-cü medalı qazandı - İslamiada

Azərbaycan 100-cü medalı qazandı -  İslamiada
XƏBƏR 18 May 2017 / 17:07 3213
-  A +

Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayını 100-ə çatdırıb.

Qol.az-ın məlumatına görə, növbəti medalı boksçumuz qazanıb.

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev ötən gün üçüncü yeri tutsa da, bu gün keçirilən final döyüşündən sonra onun “bürünc”ü rəsmiləşib.

Qeyd edək ki, Azərbaycan yığmasının hesabında 50 qızıl, 29 gümüş və 21 bürünc medal var.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə