İslamiadanın yunan-Roma güləşi yarışlarında mübarizəyə qoşulan Azərbaycanın dörd idmançısından üçü finala vəsiqəni təmin edib.
Qol.az-ın məlumatına görə, təmsilçimiz İslam Abbasov (85 kq) yarımfinal mərhələsində Qırğızıstan güləşçisi Azat Beişebekov ilə qarşılaşıb. Görüşdə 3:1 hesabı ilə qələbə qazanan İslam Abbasov finala yüksəlib.
Yarımfinalda Özbəkistan idmançısı Mirzobek Raxmatovu məğlub edən Kamran Məmmədov (66 kq) da adını finala yazdırıb.
Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev yarımfinalda Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayevə 3:2 hesabı ilə qalib gələrək qızıl medallar uğrunda mübarizədə iştirak etmək hüququ qazanıb.
Daha bir güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda Özbəkistan təmsilçisinə məğlub olaraq bürünc medal uğrunda xalça üzərinə çıxacaq.
Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar. Güləşçilərimiz yarışın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Qızıl medalı yığmamıza 98 kiloqram çəki dərəcəsində yarışan Orxan Nuriyev qazandırıb. Rafiq Hüseynov (80 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) aktivlərinə yazdırıblar.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı