Cüdo millimiz İslamiadanın qalibi oldu

Cüdo millimiz İslamiadanın qalibi oldu
GÜNDƏM 15 May 2017 / 17:15 2345
-  A +

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən kişilərdən ibarət Azərbaycanın cüdo millisi çempion adını qazanıb.

Qol.az-ın xəbərinə görə, komandamız finalda Əlcəzair millisinə 3:2 hesabı ilə qalib gəlib.

Yığmamızın heyətində Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90), Uşanqi Kokauri (90 kiloqramdan yuxarı) yer alıblar.

Yarışda bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.

Daha çox


Son xəbərlər