“Zirə” hücumçusu ilə yolları ayırdı

“Zirə” hücumçusu ilə yolları ayırdı
GÜNDƏM 15 May 2017 / 13:12 3207
-  A +

“Zirə” klubu futbolçusu Nurlan Novruzovla yolları ayırıb.

Bu barədə Qol.az-a gənc hücumçu özü məlumat verib.

O, qarşılıqlı razılıq əsasında komandadan ayrıldığını bildirib: “Müqaviləm başa çatmışdı. Yeni sözləşmə imzalamadıq. Son vaxtlar meydana az çıxırdım. Baş məşqçimizlə söhbətimdə daha çox oynamaq istədiyimi dedim. Söhbətimizin yekununda belə qənaətə gəldik ki, “Zirə”dən ayrılım”.

Qeyd edək ki, N.Novruzov 2015-ci ildən paytaxt klubunda çıxış edirdi.

Daha çox


Son xəbərlər