Azərbaycanın İslamiadada 2-ci medalı

Azərbaycanın İslamiadada 2-ci medalı
GÜNDƏM 13 May 2017 / 17:27 2125
-  A +

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 2-ci medalını qazanıb.

Qol.az-ın məlumatına görə, qadınların səngər stendi yarışlarında çıxış edən Şəfəq Əmrahova yarışı gümüş medalla başa vurub.

Final mərhələsində 37 xal yığan Şəfəq türkiyəli Nihan Gürerdən (41 xal) geri qalıb. 3-cü yeri qətərli Xoloud Hassan Əl Xələf tutub.  Digər idmançımız Aydan Camalova 13 xalla 6-cı olub.

Qeyd edək ki, yığmamıza ilk medalı 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında  Ruslan Lunyov qazandırıb. O, qızıl medala sahib olub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner