"Səbail"in yeni baş məşqçisi rəsmiləşdi

"Səbail"in yeni baş məşqçisi rəsmiləşdi
GÜNDƏM 10 May 2017 / 16:48 4489
-  A +

Bu gün "Səbail" klubunun Müşahidə Şurasının iclası keçirilib.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komandanın yeni baş məşqçisinin adı açıqlanıb.

Bir neçə mütəxəssisin namizədliyi nəzərdən keçirilib və Müşahidə Şurası Samir Əliyevlə 3 illik müqavilə bağlanması barədə qərar qəbul edib.

İclasa dəvət olunan Samir Əliyev göstərilən etimada görə minnətdarlığını bildirib, klubun uğurlu nəticələrə nail olması üçün bilik və bacarığını əsirgəməyəcəyini deyib.

Buna qədər "Səbail" baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanovun klubun əvəzedici komandasında eyni vəzifəsini icra etməsi ilə bağlı qərar qəbul edilib.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq