"Premyer Liqaya vəsiqə qazandıqları deyilən 3 klub barədə məlumatlar rəsmi deyil. Rəsmi qaydada lisenziyalaşdırmanın nəticəsini gözləyəcəyik".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O bildirib ki, İcraiyyə Komitəsinin son iclasında Premyer Liqada çox güman ki, 8 komandanın olacağı qeyd edilib: "Təbii ki, arzumuz 10 komandadır. Amma sənədlərə, lisenziyalaşdırmaya uyğun hərəkət etmirlərsə, o zaman lisenziyanı da əldə edə bilməyəcəklər. Bir daha deyirəm: Arzumuz 10 komandadır. Amma hazırda sənədlərə baxaraq, görürük ki, 8 komandadan çox mümkün deyil".
E.Məmmədov AZAL-ın gedişindən sonra Premyer Liqada boş qalan 8-ci yerə hansı komandanın sahib çıxacağı məsələsinə də aydınlıq gətirib. O, elitada oynamaq üçün edilən müraciətlərə baxılacağını söyləyib: "3 komanda müraciət edib. Onların adlarını hələlik məxfi saxlamalıyıq. Bəziləri müraciət kağızı göndəriblər. Sənədlər isə gəlməyib".
Baş katib fəaliyyətini dayandırdığını bəyan edən AZAL komandasının yaşayacağını söyləyib: "Bu klub 1-ci divizionda mübarizə aparacaq. AZAL-ın öz imkanları var. Premyer Liqa ilə müqayisədə 1-ci divizionda oynamaq üçün böyük vəsait lazım deyil. Onların bu vəsaiti qarşılamağa imkanları çatır. Məncə, problem olmayacaq və AZAL idman prinsiplərini pozmayaraq, 1-ci divizionda çıxış edəcək. Düşünürəm ki, bu komandanın aşağı liqada olmasının diviziona müsbət təsiri olacaq".
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı