“Ölkəmizdə keçirilən ənənəvi “Tour d’Azerbaidjan” veloyürüşü ildən-ilə daha keyfiyyətli təşkil olunur. Turnir xeyli insanı bir araya toplayaraq, onlara unudulmaz hisslər bəxş edir. Dünyanın müxtəlif yerlərindən velosiped idmanı həvəskarları yarışları izləmək üçün Azərbaycana gəlirlər”.
Qol.az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, bu fikirləri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva ölkəmizdə keçirilən “Tour d’Azerbaidjan” veloyürüşünün bağlanış mərasimində “Eurosport” telekanalına müsahibəsində deyib.
Arzu Əliyeva diqqətə çatdırıb ki, “Tour d’Azerbaidjan” ölkəmizdə əsl bayram ab-havası yaradır. “Biz bundan çox məmnunuq və gələcəkdə də turniri keçirməkdə davam edəcəyik. Qonaqların Azərbaycandan zövq aldığını düşünürəm. Azərbaycan möhtəşəm bir ölkədir və gəzməli, görməli yerlərlə zəngindir. Bizim gözəl təbiətimiz var. Sevindirici haldır ki, hər il daha çox insan bu gözəlliyin şahidi olur”, - deyə Bakı Media Mərkəzinin prezidenti vurğulayıb.
Azərbaycanda idmana xüsusi diqqət yetirildiyini bildirən Arzu Əliyeva qeyd edib ki, biz gənclərin fəal həyat tərzi yaşamasının tərəfdarıyıq: “Ölkədə idmana marağı artırmaq məqsədilə mötəbər idman yarışları təşkil olunur. Birinci Avropa Oyunları, Formula-1, İslam Həmrəyliyi Oyunları, xüsusən də ötən həftə təşkil olunan Bakı Marafonu buna misaldır. Biz bu yarışların ətrafına çoxlu sayda insan toplamağı bacardıq. Bu da həm əyləncəli vaxt keçirmək, həm də sağlamlıq baxımından çox faydalıdır”.
Ötən il keçirilən ən mötəbər yarışlardan birinin də Formula-1 olduğunu diqqətə çatdıran Arzu Əliyeva deyib: “Biz budəfəki yarışı ötənilkindən daha yaxşı təşkil edəcəyik. Gələn il isə builki təcrübədən faydalanaraq, Formula-1-i bundan da yaxşı keçirəcəyik. Azərbaycan təmsilçisinin “Tour d’Azerbaidjan” yarışındakı nəticəsinə çox sevindik. Bununla qürur duyuruq. Bütün iştirakçılara uğurlar arzulamaq istəyirəm. Onları yenidən Azərbaycana dəvət edirəm”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı