Bu gün Bakı 2017 İslam Həmrəyliyi Oyunları yayım hüququna dair əlavə müqavilələrin imzalanmasıni bəyan edib. Bununla da, 4-cü İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq.
Yarışın Əməliyyat Komitəsindən Qol.az-a verilən məlumata görə, Asiya-Sakit Okean Ölkələri Yayım Birliyi (ABU) ilə əldə olunan razılaşma, İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək.
Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları həmçinin Qazaxıstan, Türkmənistan, Tajikistan, Qırğızıstan və Özbəkistanda da yayımlanacaq.
Radio Televizionit Shqiptar (RTSH) şirkəti ilə imzalanan müqavilə Albaniya tamaşaçılarına Oyunları izləmək imkanı verəcək.
Bu müqavilələr çərçivəsində, yayım hüququna malik bütün şirkətlərin aşağıda qeyd edilən bölümlər əsasında Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarına dair yayım materiallarından müstəsna istifadə imkanı qazanacaqlar:
- 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımı
- Oyunlar zamanı nümayiş etdirilən ən yaxşı idman göstəriciləri və medal uğrunda mübarizə məqamlarını xarakterizə edən bir saatlıq gündəlik icmal proqramı,
- Futbol üzrə Türkiyə, Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandalarının mübarizə aparacağı bütün 16 yarışın canlı yayımı
- Oyunlara dair iki saatlıq icmal proqramı
İmzalanan bu müqavilə bundan öncə, Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və oyunlara ev sahibliyi edən Azərbaycan ərazisində Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarını yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan müqavilələrin fonunda yer alır.
Yayım hüququna dair müqavilələr barədə danışan Bakı 2017-nin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd deyib: "Biz, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bu qədər böyük beynəlxalq auditoriyaya yayımlanacağından məmnunuq. Müqavilə, 4 qitəni əhatə edən 58 ölkədə, 1.3 milyard tamaşaçıya Oyunları seyr etmək imkanı verəcək. 4-cü İslam Həmrəyliyi oyunları, İslam Həmrəyliyi İdman Federasiyasına (İHİF) üzv 57 ölkənin idmançılarını bir araya gətirərək, onlara bu möhtəşəm beynəlxalq idman tədbirinin bir parçasına çevrilmək şansını verəcək.
Bakı 2017 İslam Həmrəyliyi Oyunları dörd qitədə yerləşən 57 İHİF üzvü dövlətlərin hər birindən olan idmançıların iştirakı ilə səciyyəvidir. Idmançılar futbol, yüngül atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 260 medal dəsti uğrunda mübarizə aparacaqlar.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video