"Ağlımda "Fənərbaxça" yoxdur" - Özil

"Ağlımda "Fənərbaxça" yoxdur" -  Özil
XƏBƏR 4 May 2017 / 15:50 3190
-  A +

“Arsenal”ın futbolçusu Məsut Özil komandadakı gələcəyi haqda danışıb.

Qol.az-ın məlumatına görə, “goal.com”un suallarını cavablandıran 28 yaşlı yarımmüdafiəçi “Fənərbaxça”ya keçəcəyi haqda yayılan xəbərlərə də münasibət bildirib:

“Bir çox insan, eləcə də ailəm, dostlarım “Fənərbaxça”ya keçib-keçməyəcəyimi soruşur. Bu xəbərləri eşidənlər “o komandaya keç” deyirlər. Ancaq mənim "Arsenal"la müqaviləm var. Ağlımda "Fənərbaxça" və ya başqa klublar yoxdur. Gələcəkdə nə olacağını bilmək olmaz. "Arsenal"da özümü çox yaxşı hiss edirəm”.

Qeyd edək ki, türk əsilli futbolçu bu mövsüm London klubunda ümumilikdə 38 oyuna 11 qol vurub.

Son xəbərlər