“Neftçi” baş məşqçi Elxan Abdullayevlə müqavilənin müddətini artırıb. Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
Klubla mütəxəssis arasında 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, E.Abdullayevin rəhbərliyi altında "Neftçi" bu mövsüm Premyer Liqada 8 komanda arasında 7-ci yeri tutub. Mövsümün gedişatında baş məşqçi ilə azarkeşlər arasında bir neçə dəfə narazılıq yaranıb. Bəzi azarkeşlər Elxan Abdullayevi istefaya çağırıb, məşqçi isə onları "xuliqan" adlandırıb.
Azarkeşlərin komandanın uğursuz çıxışlarına etiraz etməsinə baxmayaraq, klub rəhbərliyi baş məşqçiyə dəstək olduğunu bəyan edib.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi